Nəriman Nərimanov ana dili barədə

Elçin Bayramlı

Ana dili! Nə qədər rəfiq, nə qədər ali, hissiyati-qəlbiyyə oyandıran bir kəlmə! Nə
qədər möhtərəm, müqəddəs, nə qədər əzəmətli bir qüvvə! Ana dili! Bir dil ki,
mehriban bir vücud öz məhəbbətini, şəfqəti-madərasini sənə o dildə bəyan
edibdir. Bir dil ki, sən daha beşikdə ikən bir layla şəklində öz ahəng və lətafətini
sənə eşitdirib, ruhun ən dərin guşələrində nəqş bağlayıbdır! Bu dil ki, həyat və
kainat haqqında ilk əvvəl o dil sayəsində bir fikir hasil edibsən, cism və ruhun
möhtac olduğunu məvadi o dildə tələb eləyibsən…
Bir dil ki, ibtida o dildə yaxşı-yamanı bilibsən, səni yaradanı tanıyıbsan, haman
bil ki, diyari-qürbətə, biganələr içinə düşəndə ona həsrət qalırsan. Lakin
ittifaqən onu eşidəndə ürəyin döyülməyə, üzün gülməyə başlayır, cəmi əsabın
məhəyyüc edir: beynin, fikrin, xəyalın işləməyə başlayır, bir dəqiqənin ərzində
vətəni gözünün qabağına gətirirsən.

Şərhlər bağlıdır.