“Biz hicabı qadınların başına vurmaq üçün dəyənək etdik”

İranın keçmiş prezidenti Həsən Ruhani “İffət və hicab haqqında” qanuna
münasibət bildirərkən dediyi sözlər dillər əzbəri olub.
O, deyib ki, “Quran qadınların təhlükəsizliyi üçün hicabı tətbiq edir ki, onlar
sıxışdırılmasın, ancaq biz onu qadınların başına vurmaq üçün dəyənək etdik”.
H.Ruhani hicab qanununu kəskin tənqid edib və bu sənədi oxuyanların
həqiqətən utandığını dilə gətirib.
Keçmiş prezident 2022-ci ildə hadisələrinin buna görə baş verdiyini deyib. O,
əlavə edib ki, ağıllı adamı eyni yerdən iki dəfə dişləmək olmaz.
Azerbaycan-ruznamesi.org

Şərhlər bağlıdır.