Ermənilər elə bilirlər ki, biz oxumuruq, araşdırmırıq, bilmirik. Əslində onlar o
qədər saxtakarlıqlar edir ki, bizim ona cavab verməyimizə ehtiyac qalmır.
Dünyanın ən nüfuzlu alimləri qeyri ciddi yanaşırlar onların yazdıqlarına. Elə
qeyri ciddi yanaşdıqıları məsələlərdən biri də ermənilərin “Tarixin atası”
saydıqları Movses Xorenatsi və onun mövcduluğudur.
Movses Xorenatsi (Moisey Xorenli, Moses Xorenac’i) adlı tərcüməçini ermənilər
erməni tarixşünaslığının atası sayırlar. Çünki bu şəxs “Patmutyun hayots” adlı
bir kitab yazıb. “Patmutyun hayots” söz birləşməsi tərcümədə heç də birbaşa
“Hayastanın tarixi” yox, əslində daha çox “Hayların tarixi” deməkdir.
Əvvəla, Movses Xorenatsinin “erməni tarixinin atası” olduğuna şahidlik edən
nəinki başqa xalqlara, hətta ermənilərin özlərinə aid hər hansı bir yazılı mötəbər
mənbə yoxdur. İlk dəfə ermənilər bu ifadəni 1794-cü ildə Hindistanda çap
olunan “Azdararda” adlı qəzetdə nəşr ediblər. Bu günə qədər ermənilərin bizə
iddia etdikləri qədim erməni tarixçilərinə dair əfsanələr boş şeydir. Onların
erməni kimi qələmə verdikləri müəlliflər isə qədim Alban tarixçiləridir. Erməni
tarixçisi olan M.Xorenasi və digərləri uydurma adlar və alimlərdir. Görkəmli
alimlər, Qud Şmid, T.Vetter və milliyyətcə erməni olan Q.Xalatyants yazırlar ki,
“Erməni tarixi”nin müəllifi onunla eyniadlı məşhur V əsr tərcüməçisi deyil,
sonuncunun adı altında gizlənən bir neçə keşişdir.
Görkəmli fransız şərqşünası A.Karrier 1891-ci ildə Parisdə nəşr etdirdiyi
əsərində tarixi faktlara söykənərək yazırdı ki, Moisey Xorenatsi V əsrdə
yaşamayıb və belə bir adam olmayıb.
Dünyanın ən nüfuzlu . Britannika Ensiklopediyasının verdiyi məlumata görə
Movses Xorenatsinin haqqında məlumatı “Ermənistan tarixi”ndə yazılan
avtobioqrafik məlumatlardan başqa heç bir mənbələrdən tapmaq mümkün
olmayıb.
London universitetində Qafqaz tədqiqatları professoru, Gürcüstan, Ermənistan
və Bolqarıstan üzrə mütəxəssis .Devid Marşal Lenqin fikrinə görə artıq 1970-ci
illərin axırlarında dünyada Sovet Ermənistanından kənarda “Ermənistan
tarixi”nin V əsrə aid olduğuna inanan alim yox idi. Müəllifin “Armenia: Cradle of
Civilization “, “Peoples of the Hills: Ancient Ararat and Caucasus” və “The
Armenians: A People in Exile” kitablarını oxuyan bunun şahidi ola bilər.
Bütün bu uydurma kitablar Yakop Şahamiryan adlı erməninin xidmətlərdir.
1772-ci ildə Yakop Şahamiryan adlı erməni, Çenay şəhərində mətbəə
yaratmışdır. Dünyada ilk erməni dilində qəzet olan Azdararda 1794-cü ildə
Hindistanda çap olunmuşdur. Qəzetin nəşr olunmasında, Aratun Şumovyan
rolu böyük olmuşdur. Azdarar qəzeti bir neçə səhifədən ibarət idi. Qəzet
əsasən, Hindistanda yaşayan və işləyən erməni tacirləri, gündəlik xəbərlər
haqqında məlumatlandırmaq məqsədi daşıyırdı. Arutyun Şmavonyan 1750-ci
ildə Şirazda anadan olub. 1789-cu ildə o, Mədrəsdə öz mətbəəsini yaradıb,
orada erməni dilində səkkiz kitab nəşr etdirib. Həmin vaxt Mədrəsdə
Şahamiryanın mətbəəsi fəaliyyət göstərirdi. Lakin Şmavonyan öz fikirlərində
onunla razılaşmadığından onun köməyindən istifadə etməyib. Şmavonyan
Baqramyan, Şahamiryan, Hovsep Eminin ictimai-siyasi baxışlarına bələd olsa
da, katolikos Simeonun xəttinə sadiq idi. O, ermənilər üçün xilası erməni
kilsəsinin tarixi ənənələri ilə bağlı mədəni inkişafda görürdü. (Bax: Agop Jack
Hacikyan, Gabriel Basmajian, Edward S. Franchuk. The Heritage of Armenian
Literature: From the Eighteenth Century to Modern Times. — Wayne State
University Press, 2005. — С. 37.)
Bu mətbəədə ermənilərə “qədim tarix” yaradılmış və kitablar nəşr olunaraq
bütün dünya kitabxanalarına göndərilmişdir. Qaynaqlar yazır ki, Rusiya ilə
əlaqələri olan Aratun Hindistanın ingilislər deyil, onların idarə etməsi tərfdarı idi.
Rusiyanı erməni xalqının xilası kimi görürdü. O saxta tarixi yazan zaman rus
dilində də onu nəşr etmək istəyirdi. Rusiya rəsmləri Şmavonyan erməni-rus
layihələrini bilib ona dəstək vermək istəyirdi və bunun üçün Xocamal Səfərian
adlı şəxsi Avropadan Mədrəsə gəlməyinə maddi dəstək verir. Xocamal Səfərian
özü ilə öz “tarixi əsərlərini” və bir çox müxtəlif tərcümələrini, o cümlədən
Papanın məktubunu gətirib. Papanın məktubunda ermənilərə tarix yazılmasının
zərurəti qeyd edilirdi.
Məhz bu məktubdan sonra 1863-cü il martın 29-da Osmanlı dövlətində qəbul
edilən”Nizamname-i Milləti Erməniyan” adlı sənəddə yazılır: “Erməni kilsəsi,
erməni millətinin kilsə tərəfindən can verilən ruhun yenidən dünyaya gəlməsi
üçün yaşadığı vücuddur.Əslində erməni millətindən, erməni dövlətindən,
erməni tarixindən deyil, erməni kilsəsi dövlətindən bəhs etmək doğru olardı.
Erməni kilsəsinin mövcudluğunu qoruya bilməsi üçün bir qüvvəyə, bir dövlətə
ehtiyacı vardır. Erməni dövləti fikrini doğuran erməni milləti deyil, erməni
kilsəsidir”
Məhz Movses Xorenatsi adından istifadə edən XVIII əsrdə yaşayan bir neçə
keşişdir ki, kilsədə oturub uydurma bir tarix yazıb. Və bunu yazan keşişlər çoxlu
saxtakarlıqlarını belə gizlədə bilməyiblər. Bu gün ermənilər yazırlar ki, Movses
Ermənistanın Xoren vilayətində anadan olub. Lakin “kitabda” onun Duroperan
əyalətində anadan olduğu qeyd edilir. Bu ərazi isə müasir Suriyada Fərat çayı
tərəflərdə bir yerdir, ora isə Qafqaz yox, Suriyadır. Bu saxtakar keşişlər onu
erməni belə etmək istəməyiblər, Suriyalı kimi yazıblar.
Neilson Debevoise (ABŞ) və Robert William Thomson (Böyük Britaniya) kimi
nüfuzlu tarixçilər Movsesin adından təqdim olunan məlumatların səhihliyini
şübhə altına almışlar. Tarixçi Əjdər Tağıoğlu “Moisey Xorenatsi anonim keşiş
müəllifidir” əsərində onun hay kilsəsi tərəfindən uydurulmuş bir obraz olduğunu
göstərmişdir.
Və bu gün də təssüff ki, dünya alimləri ilə yanaşı bizim bəzi alimlər də bu
nəzəriyyə inanıb Azərbaycan və Türkiyə ərazisində qədim ermənilərin mövcud
olmasını yazırlar.
Hörmətli Nazim Mustafa yazır: “Movses Xorenlinin “Tarix” kitabını “Erməni
tarixi” kitabı kimi təqdim edirlər. Əslində isə, bu kitabın adında “erməni” sözü
yoxdur. XVIII əsrdə erməni din xadimləri –1712-ci ildə yaradılan erməni katolik
monarx ordeni olan Mxitaristlər İtaliyada yerləşən San Lazar adasına gedib
oradakı kilsədə saxta tarix yazmağa başlayır və başqa dillərə tərcümə edib
Avropada yayırlar. Həmin o Mxitaristlərin fəaliyyətindən sonra ən qatı
saxtalaşdırma başlanır. Beləliklə, “Tarix” kitabı dönüb olur “Erməni tarixi”, indiki
dövrdə isə “Ermənistan tarixi”. Erməni tarixçisi Qriqoriy Xalatyanç 1898-ci ildə
Sankt-Peterburqda magistr dissertasiyası yazır: “Movses Xorenlinin tarixində
Erməni eposu”. Xalatyanç belə bir nəticəyə gəlir ki, Movses Xorenlinin kitabı
başdan-ayağa kompilyasiyadır”
Mən hər zaman uydurma Movsesin yazdıqlarına istinad verənlərə sual verirəm: -Oxumusan bu kitabı? -Bəli -Onda “Tarix” kitabı V əsr kitabı kimi təqdim edilsə də, orada VII, VIII, hətta X
əsrdə baş verən hadisələr təsvir olunub. V əsrdə yaşayan birisi özündən
sonrakı hadisələri necə yaza bilər? Yaxud Movses “yazır” ki, “Erməni kilsəsi
Ərəb xilafətinin köməyi ilə alban kilsəsini özünə tabe edib”. Sadə məntiq,
ərəblər bura VII əsrdən sonra gəliblər, V əsrdə yaşayan bunu necə yaza bilərdi?
Susurlar. Çünki araşdırmılar, oxumurlar. Başa düşmürlər ki, erməni tarixçiləri
kilsədə oturub “Tarix” kitabın özlərindən XVII-XVIII əsrdə yazıblar.
Bizim tarix kitablarında isə boy boy bundan istifadə edirlər. Yalançı və mövcud
olmayan şəxsə istinadlar edirlər. Bu cəhənnəm dərsliklərə salırlar. Ölkənin tarix
elmini ermənilərin istədiyi hörmüçək toru ilə hörürlər.
Foto olaraq isə uydurma şəkli yox, realı paylaşmaq istəyirəm. “Erməni tarixi”
kitabının əsl müəllifini (lərini). Hindistan erməniləri tərəfindən 1794-cü ildən
1796-cı ilədək çap olunmuş Azdarar qəzeti.
Zaur Əliyev,
dosent
AZpressAZ-in arxivindən: 2023-cü il
Şərhlər bağlıdır.