Əziz məslək qardaşımız Nizami Rzaşüvari!

Bu gün Sizin ad gününzdür, amma yubileyinizə hələ bir il qalır. Nə olar, 365 gün
də yaşayarıq, yubileyini görmək üçün. Biz Azərbaycan Demokrat Firqəsinin
təmsilçiləri əslində niyyətimiz yubileyi bayram kimi qeyd etməkdir.
Nizamini tanımayanlar olsa elə bilərlər bu iri cüssəli, sifətindən təbəssüm əksik
olmayan dolu bədənli insanın həyatda qüssə deyilən yaşantısı olmayıb. Amma
onun yaşantıları tamamilə başqa tərəfdən xəbər verir. Atan fədai ola, 21 Azərin
məğlubiyyətindən sonra mühacirətə gələ, Təbrizdə qoyub gəldiyi oğlu Nizamini
gəmidə gizli yolla kiçik yaşında yanına gətirə, ikinci anası da həyatının son
anınadək doğmalığını əsirgəməyə, S.C.Pişəvəri adına internat məktəbində
təhsil ala, sonra həyatını hərbi məktəblərə bağlaya… bunlar yeniyetməlikdən
indiyədək “Əzablı yollarla” tirilogiyasının təkrarsız səhifələrinə bənzəyir.
1978-ci ildə Ryazan şəhərindəki Suvorov adına Ali Məktəbi bitirən,
Semipalatinskidə nüvə silahının sınağı zamanı şüalanmaya məruz qalan
Nizami ordudan tərxis olunsa da Vətənə qayıdır, Xalq Hərakatına qoşulur, atası
ilə birlikdə zorakılıqlara məruz qalır. Sonra Qarabağ cəbhəsi, xeyriyyəçilik işləri,
cərrah işləyən bacısının isə erməni işğalçılarına qarşı döyüşlərdə həlak
olması…
Nizaminin funksionerlərindən olduğu 20 Yanvar Cəmiyyətindəki xeyrxahlıqları
isə saya gəlməzdir.
Azərbaycan Demokrat Firqəsinin Mərkəzi Komitəsi Nizami Rzaşüvarinin ad
gününü təbrik edir, növbədə yubiley hədiyyələrimizdir.
Azərbaycan Demokrat Firqəsinin Mərkəzi Komitəsi

Şərhlər bağlıdır.