Bakıdakı İran Bankı açıldı

İran Milli Bankının Bakı filialı (“Bank Melli İran-Baku”) fəaliyyətini tam bərpa
edib.
Azerbaycan-ruznamesi.org xəbər verir ki, bu barədə APA-ya filialdan məlumat
verilib.
Məlumata görə, bankın Bakı filialı aprelin 29-dan fəaliyyətini bərpa edib. Artıq kredit
verilişi və depozitlərin qəbuluna başlayıb.
Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankı 2023-cü ilin may ayında “Bank Melli
İran”ın Bakı filialında yoxlamalara başlamışdı. Həmin müddətdən valyuta
əməliyyatları istisna olmaqla, digər əməliyyatlar məhdudlaşdırılmışdı.

Şərhlər bağlıdır.