O, 89 yaşında Montevideoda dünyasını dəyişdi. Xose “Pepe” Muxika kimi
tanınan bu şəxsiyyət dünyanın ən kasıb prezidenti kimi o dünyaya yalnız
savablar apardı.
Baş sağlığında deyilir: “Yoldaşımız Pepe Mujicanın vəfatını dərin hüznlə
bildiririk. Prezident, mübariz, lider və qabaqcıl… Biz sizin üçün çox darıxacağıq.
Bizə verdiyiniz hər şeyə və xalqınıza göstərdiyiniz dərin sevgiyə görə təşəkkür
edirik” .
Muxika 2021-ci ildə qida borusunda bədxassəli şiş diaqnozu aldığını açıqlamış
və aktiv siyasətdən çəkildiyini bildirmişdi. Son illərini Montevideonun kənd
bölgəsindəki sadə fermasında keçirən Muxika, səhhətindəki problemlərə
baxmayaraq zaman-zaman ictimaiyyət qarşısına çıxaraq mesajlar verməyə
davam edirdi.
2009-cu ildə keçirilən seçkilərdə qalib gələn Xose Muxika 2010-2015-ci illərdə
Uruqvaya prezidentlik etmişdi. O, prezidentliyi dövründə maaşının böyük
hissəsini xeyriyyə işlərinə bağışlaması, şəxsi avtomobili kimi 1987-ci il istehsalı
köhnə “Volkswagen Beetle” sürməsi və təmtəraqlı iqamətgah yerinə kənd
evində yaşaması ilə “dünyanın ən kasıb prezidenti” kimi tanınıb.
Muxikanın vəfatı yalnız Uruqvayda deyil, bütün dünyada sadəlik və dürüst
siyasət nümunəsi kimi qiymətləndirilən bir liderin itkisi kimi qeyd olunur.
Azerbaycan-ruznamesi.org
Şərhlər bağlıdır.