Nikaraqua UNESCO-dan niyə birdəfəlik çıxdı?

Nikaraqua ölkənin müxalif qəzeti olan “La Prensa”ya mükafat verilməsinə etiraz
olaraq BMT-nin Təhsil, Elm və Mədəniyyət Təşkilatından (UNESCO) çıxdığını
bəyan edib.
Xarici mediaya istinad edən Azerbaycan-ruznamesi.org bildirir ki, Nikaraqua
hökuməti UNESCO-nun bu qərarını pisləyərək, onun “müstəmləkəçiliyin və
imperializmin satqınlarına, kölələrinə və qullarına” üstünlük verdiyini, həmçinin
təşkilatın “hər hansı obyektivlik hissindən tamamilə imtina etdiyini” göstərib.
UNESCO-nun Baş direktoru Odri Azule Nikaraqua hökumətinin qərarından
təəssüfləndiyini bildirib. O əlavə edib ki, bu addım Nikaraqua xalqını xüsusilə
təhsil və mədəniyyət sahələrində əməkdaşlığın faydalarından məhrum edəcək.
Baş direktor deyib ki, təşkilat söz və mətbuat azadlığını müdafiə etmək üzrə
mandatını tam şəkildə yerinə yetirir.
Dörd il əvvəl “La Prensa”nın rəhbərliyi həbs olunub və Nikaraquadan qovulub.
O vaxtdan bəri nəşr Kosta-Rika, İspaniya, Meksika, Almaniya və ABŞ-də
yerləşən komandaları ilə onlayn rejimdə fəaliyyət göstərir.

Şərhlər bağlıdır.