“Yaylıq” niyə bu günə qaldı?!

Ərdəbildə daha bir nəşriyyat fəaliyyətini dayandırıb.
Əyalətin ETTELAAT (Təhlükəsizlik və Kəşfiyyat) İdarəsi “Yaylıq” nəşriyyatının
fəaliyyətinə qadağa qoyub və ofisini bağlayıb.
Nəşriyyatın müdiri Sədullah Dünyəvinin sosial media hesabındakı
paylaşımında ofisin qapadılmasını kinayə ilə “Yaylıq” nəşriyyatına hədiyyə”
adlandırıb.
Qeyd edək ki, bundan öncə fevral ayında həbsdə olan və ya məhkumluq dövrü
yaşayan yazıçıların əsərlərinin çap olunacağı təqdirdə nəşriyyatın bağlanacağı
barədə xəbərdarlıq edilmişdi.
2009-cu ildə açılan nəşriyyat Azərbaycan və Güney Azərbaycan yazıçılarının
əsərlərinin çapı ilə məşğul olub.
Azerbaycan-ruznamesi.org

Şərhlər bağlıdır.