Yetimlərin, kimsəsizlərin pənahı milyonçu Hacıağa

Atalar deyiblər ki, sağ əlin verdiyini, sol əl bilməməlidir. Bu baxımdan sizə Bakı
milyonçusu Hacıağa Dadaşovla bağlı bir yox, bir neçə misalı çəkə bilərik.
O, güclü yağış zamanı küçədə bir qocanın oturduğunu görüb, burada nə üçün
oturduğunu soruşur. Qoca evsiz olduğunu deyir. Bundan bərk təsirlənən Hacı
Bilgəhdəki 12 hektarlıq ərazisi olan bağ evini qocalar evi edir. Bakıda bir neçə
uşaq evini açan Hacı bu evlərin ərzaq təminatını,təhsil xərclərini də ödəyirmiş.
Ancaq heç kim bu işlərin kim tərəfindən həyata keçirildiyini bilmirmiş. Çünki
Hacı öz adının bilinməsini istəmirdi. Hacının böyük oğlu Ağa Yusif bəy
məscidlərə gedər, imkansız ailələrə pul paylayarmış. Hacı öz şəxsi vəsaiti ilə
Bakıda və bölgələrdə onlarla uşaq evləri və məktəb tikdirib. Bakıdakı Nizami
muzeyini də məhz Hacıağa Dadaşov tikdirib.
Allah rəhmət eləsin!
Vətənpress.com

Şərhlər bağlıdır.