Hizbullah nədən qorxur?!

“Əl-Ərəbiyyə” telekanalı xəbər verib ki, Hizbullah rəsmiləri İrandan Livanda heç
bir SEPAH zabitini saxlamamasını tələb edib. Hizbullahın bu istəyinin səbəbi
SEPAH zabitlərinin İsrail tərəfindən qətlə yetirilmə ehtimalından narahatlığıdır.
Məlumata görə, Tehrana təzyiq göstərmək və Vaşinqtonla Tehran arasında
danışıqlar prosesini pozmaq məqsədi ilə sui-qəsdlər ola bilər. İsrailin baş naziri
Benyamin Netanyahu ötən günlərdə İranın nüvə proqramının irəliləməsinin
qarşısını almaq üçün əlindən gələni edəcəyini vurğulayıb.
Qeyd olunub ki, hazırda SEPAH zabitləri ciddi təhlükəsizlik tədbirləri altında
Livandan kənara köçürülürlər. Bəzi SEPAH komandirləri isə Livanın cənubunda
və Beqadan uzaq yerlərdə yaşayırlar.
Azerbaycan-ruznamesi.org

Şərhlər bağlıdır.