İran ruhanisi ikrahla deyir: “Xomeyni qəbirdən ölkəni idarə edir”

İran İslam Respublikasının ali rəhbərinin Rəzəvi Xorasan
əyalətindəki səlahiyyətli nümayəndəsi və Məşhəd şəhərinin imam
cüməsi Ayətullah Əhməd Ələmül-Hüda Ruhullah Xomeyninin
vəfatının ildönümü ilə əlaqədar çıxışında ironik ifadələrindən də
dala qalmayıb. O deyib: – İmam Xomeyni qəbirdən İranı idarə edir, özü də təkcə İranı
deyil, hazırda islam ölkələrində meydana çıxmış bütün
müqavimət cərəyanlarını da qəbirdən idarə edir.
Onu da deyək ki, Ayətullah Ələmül-Hüda İranın ötən il helikopter
qəzasında həlak olmuş prezidenti İbrahim Rəisinin qayınatasıdır.
Azerbaycan-ruznamesi.org

Şərhlər bağlıdır.