Qadın xəstəxanada atışmaya görə tutuldu

İranda qətldə ittiham olunan və qaçmağa çalışan silahlı məhbus
Kərəcdəki İmam Əli xəstəxanasında açılan atəş nəticəsində
öldürülüb.
Bu haqda Əlbürz əyalətinin polis idarəsi məlumat yayıb.
Bildirilib ki, uzun müddət həbsdə olan məhbus müalicə üçün tibb
məntəqəsinə köçürülüb və qaçmağa cəhd etdikdən sonra polis
tərəfindən güllələnib.
Polisin sözlərinə görə, özünü təqsirləndirilən şəxsin həyat yoldaşı
kimi təqdim edən qadın tibb məntəqəsində olan məhkuma iki odlu
silah çatdırıb.
Qadının həbs olunduğu bildirilib.
Azerbaycan-ruznamesi.org

Şərhlər bağlıdır.