Quru qoşunları komandanı: Tətikdə əlimiz, hazırıq

Sistan və Bəluçistanda narazılıqların artdığı bir şəraitdə, İran İslam
Respublikası Ordusunun quru qoşunları komandanı bu bölgədə
hərbi hissələrin genişləndirilməsi və müasir hərbi texnika, hücum
PUA-ları və raket sistemləri ilə təchizat barədə məlumat verib.
Quru qoşunları komandanı Kiyumərs Heydəri, Silahlı Qüvvələrin
Baş Qərargah rəisinin Sistan və Bəluçistandakı ordu bazalarına
səfəri zamanı bu bölgədə hərbi mövcudiyyətin genişləndirilməsi
üçün “Ləbbeyk Strateji” adlanan üç layihənin icra olunduğunu
bildirib.
Bu proqram çərçivəsində yeni kəşfiyyat, radioelektron müharibə
(REW) bölmələrinin yaradılması, üç pilotsuz uçuş aparatları
bazasının qurulması və kəşfiyyat, hücum mikroPUA-ları ilə ağıllı
raket sistemlərinin bölgəyə gətirilməsi nəzərdə tutulur.
Ordu komandanı hədə-qorxu və İran İslam Respublikasının
rəhbərinə sədaqət dolu bir üslubla bildirib ki, ordu qüvvələri “oyaq
gözlər və tətikdə əllərlə” istənilən hərəkətə cavab verməyə hazırdır
və hər bir düşməni “ağır cəza və intiqam” gözləyir.
Mütəxəssislər hesab edirlər ki, Sistan və Bəluçistanda bu təbliğat
xarakterli hərbi manevrlər və “döyüş hazırlığı” açıqlamaları xarici
düşmənə qarşı olmaktan çox, daxili etirazların və xalq üsyanlarının
yatırılmasına yönəlib; bu, daim ayrı-seçkilik, yoxsulluq və
repressiya ilə üzləşmiş və son illərdə İran İslam Respublikasına
qarşı geniş narahatlıqların mərkəzi olmuş bir bölgədir.
iranwire.com

Şərhlər bağlıdır.