İranın Ermənistandakı səfiri Mehdi Sübhani birbaşa erməni müxalifətinin dili ilə
danışır. Onun mövqeyi birbaşa İran Azərbaycan əlaqələrinin normallaşmasını
sabotaj edir. M. Sübhani İsrail PUA-nın guya Azərbaycandan İranı vurduğunu
qeyd edib.
Bununla bağlı rəsmi Bakı İran xarici işlər nazirliyindən izahat tələb etməlidir.
Hazırda İran zəifləmiş və “qüruru” sındırılmış öz daxili problemlərinə çəkilmiş
dövlətdir. M. Sübhani 12 İyundan sonra, İranın İsrail qarşısında məğlub
olduğunu anlamaq istəmir. İran mühafizəkar sistemi Güney Azərbaycan
faktoruna görə Azərbaycan Respublikasını hədəf almaqdan çəkinmir. İranın
“Səhər TV” kanalı bu fonda Azərbaycana qarşı informasiya müharibəsi aparır.
İranın Ermənistandakı səfiri Azərbaycana qarşı düşmən münasibət sərgiləyir.
Amma, səfiri olduğu ölkənin baş naziri Nikol Paşinyan Azərbaycanla
normallaşma prosesinə can atır.
Azərbaycan İran tərəfinə belə səfirin geri çağırılmasını tələb etməlidir. İran tərəfi
regionda öz siyasətində korrektlər etmək istəyirsə, M. Sübhanini səfir
vəzifəsindən azad etməlidir.
Məhəmməd Əsədullazadə,
politoloq
Növbəti
Şərhlər bağlıdır.