İranın “xilaskarı” olmağa hazırlaşır

İranın müxalif “IranWire” saytının məlumatına görə, İranın əsas fiqurları –
keçmiş prezident Həsən Ruhani, parlamentin keçmiş sədri Əli Laricani və
onun qardaşı, məhkəmə sisteminin keçmiş rəhbəri Sadiq Laricani ali lider
Əli Xamenei ilə əlaqə saxlamağa çalışsalar da, heç bir nəticə əldə
olunmayıb.
“Unikal” xəbər verir ki, məlumata görə, Xamenei tamamilə təcrid olunub, yalnız
kiçik bir yaxın ətrafı ona müraciət edə bilir.
Məlumata görə, Əli Laricani artıq özünü varis roluna hazırlayır və Xameneinin
gedişindən sonra özünü ölkənin “xilaskarı” kimi təqdim etmək istəyir. Onun
keçid dövründə onun mövqelərini gücləndirə biləcək inzibati, siyasi və hərbi
təcrübəsi, dini dairələrlə əlaqələri var.
Qeyd edək ki, ölkə daxilində artan böhranlar fonunda hakimiyyətin ən yüksək
eşelonlarında belə İranın Xameneidən sonra gələcəyi ilə bağlı müzakirələr
gündəmə gəlib.
Azerbaycan-ruznamesi.org

24-06-2025

Şərhlər bağlıdır.