SEPAH-a bağlı media siyasi məhbusların edam olunmasını istəyir…

SEPAH-a bağlı “Fars” xəbər agentliyi 12 günlük İran-İsrail müharibəsi zamanı
ölkədə İsrailə informasiya və kəşfiyyat dəstəyi verənlərin olduğunu iddia edib
və bu ittihama görə saxlanılanların hamısının edam olunmasını istəyib.
Agentlik İran-İraq müharibəsindən sonra 1988-ci ildə siyasi məhbusların kütləvi
edamını nümunə göstərib: “İndiki şəraitdə bəzi muzdlu ünsürlər İsrailin və
Qərbin casus şəbəkəsinə və düşmən qüvvələrinə məlumat verdiklərinə görə,
1988-ci ildəki kimi edam olunmağa layiqdirlər”.
SEPAH mediası həyasızcasına yazır ki, ictimai rəyin kütləvi edamların
başlamasına hazırdır, vətəndaş rəyi də buna hazır olacaqdır.
Həmin media vasitələri 1988-ci ildə İran-İraq müharibəsinin bitməsindən dərhal
sonra İran həbsxanalarında saxlanılan 5 mindən çox siyasi məhbus bir neçə
gün içində edam edildiyini göstərib.
İsrail-İran qarşıdurmasının bitməsindən sonra isə ölkədə üzlərlə insan “İsrailə
casusluq” ittihamı lə həbsə alınıb.
İnsan haqları təşkilatları 1988-ci ildəki faciənin təkrar olunacağını və Tehranın
fürsətdən istifadə edərək narazı fəalları edam etdirəcəyi barədə xəbərdarlığını
bildirib.
Azerbaycan-ruznaməsi.org

Şərhlər bağlıdır.