Təbrizdə içməli su böhranı: cəmi 75 günlük ehtiyat qalıb

Təbriz şəhərində su istehlakı ilə bağlı durum təhlükəli həddə çatıb və şəhərdə cəmi 75 günlük içməli su ehtiyatı qalıb. Bununla bağlı, Şərqi Azərbaycan əyalətinin Regional Su Şirkətinin rəhbəri Yusif Qafarzadə məlumat verib. Onun sözlərinə görə, bölgədə günlük içməli su istehlakı saniyədə 12 min litr, pik saatlarda isə 13 min litri ötür. Hazırda Təbrizlə yanaşı, əyalətin 5 şəhəri “qırmızı status”da (böhranlı vəziyyətdə), 9 şəhər isə böhran həddinə yaxın vəziyyətdədir.
Qafarzadə qeyd edib ki, bölgədə illik içməli su istehlakı 380 milyon kubmetrə çatıb. Kəndlərdə isə bu göstərici 90 milyon kubmetr təşkil edir. O, bu vəziyyətin ciddi idarəetmə və qənaət tədbirləri tələb etdiyini vurğulayıb.
Azerbaycan-ruznamesi.org

Şərhlər bağlıdır.