İran parlamentindəki Təbriz, Azərşəhr (Tufarqan) və Üskü şəhərlərinin
nümayəndəsi Əlirza Novin Pezeşkian hökumətinin iqtisadi və inkişaf
sahələrində fəaliyyətini tənqid edərək, ölkədəki kritik vəziyyətdən çıxmaq
üçün “idarəetmədə əsaslı dəyişikliklər”ə çağırıb.
Əlirza Novin Pezeşkian hökumətinin işə başlayandan bəri iqtisadi artım,
evlilik kreditləri və mənzil kimi göstəricilərdə nəzərəçarpacaq nailiyyətlər
əldə etmədiyini vurğulayıb.
Təbrizli millət vəkili daha sonra Azərbaycana qarşı struktur ayrı-seçkiliyi
tənqid edib və deyib: Oman dənizindən suyun İsfahana nəqli layihəsi
görünməmiş bir sürətlə həyata keçirildiyi halda, Araz çayından suyun
Təbrizə nəqli onilliklər ərzində həll olunmamış qalır və Ərdəbil-Miyanə
Təbriz-Bazərgan dəmir yolu, və Təbriz-Bazərgan yolunun ikinci
mərhələsi kimi mühüm layihələr yarımçıq qalıb.
Azerbaycan-ruznamesi.org
Növbəti
Şərhlər bağlıdır.