Milli valyutanın adı dəyişdirildi

İranın Nazirlər Kabineti ölkənin pul vahidinin adının dəyişdirilməsi və milli
valyutadan dörd sıfırın silinməsi barədə qərar qəbul edib. İrna-nın verdiyi
məlumata görə milli valyuta bundan sonra “tümən” və “qıran” olacaq.
Bununla bağlı hökumət sözçüsü Fatimə Mühacirani məlumat verib. Onun
sözlərinə görə, vətəndaşların yeni valyuta sisteminə uyğunlaşması üçün keçid
dövründə tümən və rial eyni vaxtda istifadə olunacaq.
Mühacirani bildirib ki, bu dəyişiklik uzun illərdir müzakirə olunur və ilk dəfə 2008
ci ildən gündəmdədir. O, bu addımın inflyasiyanın yaratdığı çətinlikləri
azaltmaq, pul dövriyyəsini asanlaşdırmaq və gündəlik hesablamalarda
çoxrəqəmli ədədlərin istifadəsini minimuma endirmək məqsədi daşığını deyib.
Azerbaycan-ruznamesi.org

Şərhlər bağlıdır.