Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Səudiyyə Ərəbistanının “Əl-Ərəbiyyə” telekanalına verdiyi müsahibədə
İranla münasibətlər, eləcə də İran Prezidenti Məsud Pezeşkian haqqında diqqətçəkən açıqlamalar səsləndirib.
“O da mənim kimi eyni qanı daşıyır” – İlham Əliyev Məsud Pezeşkian haqqında
Möhtəşəm, tarixi ifadədir! Bütün Güney Azərbaycana gözəl mesajdır!
Musavat.com xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Səudiyyə Ərəbistanının “Əl-Ərəbiyyə” telekanalına verdiyi müsahibədə İranla münasibətlər, eləcə də İran Prezidenti Məsud Pezeşkian haqqında diqqətçəkən açıqlamalar səsləndirib.
Jurnalistin sualına cavab verən dövlət başçısı bildirib ki, Pezeşkian iki dəfə Azərbaycana səfər edib – birincisi rəsmi səfər, ikincisi isə Xankəndidə keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının Zirvə görüşündə iştirak olub. İlham Əliyev onunla çox yaxşı işgüzar münasibətlər qurduqlarını vurğulayıb. Bu məqamda müxbirlə Prezident Əliyevin dialoqunu olduğu kimi qəqdim edirəm:
Müxbir: Cənab Prezident, Siz Zəngəzurun vacibliyi haqqında danışdınız. Həmin imzalanmadan sonra iki tərəf var – Rusiya və İran. Mən İrandan başlayım. Bildiyim qədər, İran Prezidenti Azərbaycana səfər edib. Onun kökləri azərbaycanlılarla bağlıdır. O, burada Azərbaycan dilində danışırdı. Hazırkı geosiyasi dəyişikliklərdən sonra Azərbaycan ilə İran arasında münasibətləri necə görürsünüz?
Prezident İlham Əliyev: Bəli, haqlısınız. İran Prezidenti Azərbaycana səfər edib, əslində, iki dəfə səfər edib. Birincisi, rəsmi səfər idi, ikincisi isə Xankəndi şəhərində, azad edilmiş Qarabağda İqtisadi Əməkdaşlıq Təşkilatının Zirvə görüşünə qatıldı. Biz onunla çox yaxşı işgüzar münasibətlər qurmuşuq.
Bəli, siz tamamilə haqlısınız, o, azərbaycanlıdır. O, mənim kimi eyni qanı daşıyır. Biz eyni dildə danışırıq. Tərcüməçiyə ehtiyacımız yoxdur. O, ictimai tədbirlərin birində Azərbaycan poeziyası ilə bağlı biliklərini nümayiş etdirdi və heç bir qeydə ehtiyacı yox idi. Çox istedadlı insandır.
Müxbir: Buna görə də maraqlıdır.
Prezident İlham Əliyev: Bu, həqiqətən də yaxşı fürsətdir. Düşünürəm ki, bizim şəxsi münasibətlərimiz və onun administrasiyası ilə mənim administrasiyam arasında münasibətlər çox konstruktiv, çox mehribandır. İranın yeni hadisələrlə bağlı rəsmi mövqeyinə gəlincə, biz bunu çox əsaslı və çox müsbət hesab edirik. Mən rəsmi mövqe deyəndə Prezidentin, xarici işlər nazirinin mövqeyini nəzərdə tuturam. Bu, rəsmi mövqe hesab olunur…
Şərhlər bağlıdır.