Kosta: “Fələstin dövlətçiliyinə təhlükə artmaqdadır, dünya susmamalıdır”

Avropa İttifaqı Şurasının sədri Antonio Kosta, ABŞ-ın BMT Baş
Assambleyasına qatılmaq üçün səfər edən Fələstin rəsmilərinin vizalarını
ləğv etməsini tənqid edib.
O, bildirib ki, Fələstin nümayəndələri beynəlxalq platformalarda, o cümlədən
BMT-də iştirak hüququna malik olmalıdırlar.
Sloveniyada keçirilən Bled Strateji Forumunda çıxış edən Kosta Qəzzadakı
vəziyyəti “dünyanın vicdanını yaralayan humanitar fəlakət” kimi dəyərləndirib.
O, xüsusilə mülki əhalinin və uşaqların çəkdiyi əzabların qəbuledilməz
olduğunu vurğulayıb.
Kosta ABŞ-ın aclığın müharibə vasitəsi kimi qadağan olunmasına dair BMT
qətnaməsinə veto qoymasını da “təəssüfverici” adlandırıb.
O əlavə edib ki, İsrailin özünümüdafiə hüququ mülki infrastrukturların
genişmiqyaslı dağıdılmasına və kollektiv cəzaya bəraət qazandıra bilməz.
İordan çayının qərb sahilində qeyri-qanuni məskunlaşmaların artmasının və
məcburi köçkünlərin çoxalmasının gələcək Fələstin dövlətini və regional
sabitliyi təhdid etdiyini bildirən Kosta Aİ-nin indiyədək Fələstin xalqına 450
milyon avrodan çox humanitar yardım etdiyini də xatırladıb.
Azerbaycan-ruznamesi.org

Şərhlər bağlıdır.