Bir sıra Qeyri Hökümət Təşkilatlarının (QHT) qanunla qadağan olunan
fəaliyyətə yol verərək ayrı-ayrı şəxsləri saxta orden və medallarla təltif etməsi
barədə informasiyalar yayılır.
Bu barədə Ədliyyə Nazirliyi və QHT-lərə Dövlət Dəstəyi Agentliyinin yaydığı
birgə məlumatda bildirilib.
Qeyd olunub ki, “Azərbaycan Respublikasının orden və medallarının təsis
edilməsi haqqında” 1992-ci il tarixli Qanuna 2010-cu ildə əlavə edilmiş 3-cü
bəndə əsasən, orden və medal vətəndaşlara xüsusi xidmətlərə görə dövlət
tərəfindən verilən dövlət təltifidir:
“Bu qanundan başqa digər normativ hüquqi aktlarda orden və medallar (o
cümlədən “orden” və ya “medal” ifadəsindən hər hansı mənada istifadə
edilməklə) təltif növü kimi təsis oluna bilməz. Bildiririk ki, bəzi QHT-lərin orden
və medallar təsis etməsi ictimai etimadı sarsıdır, əhalinin aldadılmasına səbəb
olur və ciddi hüquqi məsuliyyət yaradır”.
Azerbaycan-ruznamesi.org-dan: Yəqin ki, bu ciddi xəbərdarlıq səhlənkarlara
və qanunu pozanlara qarşı ciddi xəbərdarlıq ola bilər.
			
						
Şərhlər bağlıdır.