Maduro hesab edir: üçüncü dünya müharibəsi başlayıb

Venesuela prezidenti və Silahlı Qüvvələrin Ali Baş Komandanı Nikolas Maduro
çərşənbə axşamı, sentyabrın 9-da bildirib ki, III Dünya Müharibəsi artıq
başlayıb. O, RT telekanalına müsahibəsində deyib: “Roma Papası Fransisk iki
il əvvəl demişdi ki, biz III Dünya Müharibəsinə doğru gedirik. Mən inanıram ki,
o, artıq başlayıb”.
Prezidentin sözlərinə görə, ABŞ özünün “dünyada siyasi, iqtisadi, mədəni və
hərbi hegemonluğunu” sırımaq məqsədi ilə artıq bu müharibənin planını
düşünüb.
Azerbaycan-ruznamesi.org

Şərhlər bağlıdır.