Çin Ciansu əyalətində avtomobil və dəmir yolunu eyni quruluşda
birləşdirən 10,3 km uzunluğundakı Çantai Yangtze Çayı Körpüsünü
istifadəyə verərək dünyanın ən uzun asma körpüsü rekordunu qırıb.
Redaktor.az xarici mətbuata istinadən xəbər verir ki, bu nəhəng tikili, Çançjou
və Taysjou şəhərləri arasındakı səyahət müddətini bir saatdan cəmi 20
dəqiqəyə endirib.
Bu körpü Yangtze çayı üzərində avtomobil yolu və şəhərlərarası dəmir yolunu
eyni vaxtda özündə birləşdirən ilk körpüdür.
Bundan əlavə, bir tərəfində dəmir yolu, digər tərəfində isə adi yol yerləşən
asimmetrik infrastrukturu ilə bir ilkə imza atır.
Tikintinin çətinlikləri mühəndisləri öz avadanlıqlarını ixtira etməyə vadar edib.
Dəqiq material yerləşdirilməsi üçün peyklə idarə olunan qüllə kranı, nəhəng
hissələri millimetr dəqiqliyi ilə yerləşdirmək üçün isə dünyanın ən böyük körpü
göyərtə kranı hazırlanıb.
Layihə həmçinin çayın güclü axınlarına davamlı bünövrə, almaz formalı polad
beton qüllələr və temperatur dəyişikliklərinə uyğunlaşan elastik birləşmələr kimi
unikal xüsusiyyətlərə malikdir.
Çantai Yangtze Çayı Körpüsü bu xüsusiyyətləri ilə Rusiyanın Vladivostok
şəhərindəki “Russky” körpüsünü geridə qoyaraq dünyanın ən uzun asma
körpüsü titulunu əldə edib.
Azerbaycan-ruznamesi.org
Şərhlər bağlıdır.