İran Parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının üzvü Əhməd
Bəxşayeş Ərdəstani nüvə silahı ilə bağlı verdiyi açıqlama ilə gündəmə gəlib.
“Azad İran”a istinadən azerbaycan-ruznamesi.org bildirib ki, millət vəkili İranın Nüvə
Silahlarının Yayılmaması Müqaviləsindən çıxmadan, gizli şəkildə nüvə silahı
hazırlamalıdır.
“Biz bunu çoxdan etməli idik”, – deyə Ərdəstani İranın dövlət televiziyasına
müsahibəsində qeyd edib. O bildirib ki, Tehran artıq buna görə ağır bədəl ödəyib.
Onun fikrincə, Tehran nüvə silahını səssiz və planlı şəkildə inkişaf etdirməli idi.
Şərhlər bağlıdır.