Son günlər bir çox dövlətin ardıcıl bəyanatlarından sonra Fələstin
Dövlətini tanıyan Birləşmiş Millətlər Təşkilatına (BMT) üzv ölkələrin sayı
157-yə çatıb.
Azerbaycan-ruznamesi.org xəbər verir ki, İsrailin Qəzzadakı işğalı və
soyqırımı qlobal ictimaiyyət tərəfindən qınaqla qarşılansa da, son vaxtlara
qədər Fələstin Dövlətini tanımayan 9 dövlət tanındığını açıqlayıb. 193 üzvü olan
BMT-də Fələstini tanıyan ölkələrin sayı 157-yə yüksəlib.
BMT üzvü olmayan Vatikan da Fələstin Dövlətini tanıyanlar arasındadır.
Kanada, Avstraliya, Böyük Britaniya və Portuqaliya sentyabrın 21-də Fələstini
tanıdıqlarını elan ediblər.
Fransa, Monako Knyazlığı, Lüksemburq, Malta və San Marino da sentyabrın
22-də BMT çərçivəsində keçirilən Fələstin probleminin həlli yollarının tapılması
və iki dövlətli həllin həyata keçirilməsi üzrə yüksək səviyyəli Beynəlxalq
Konfrans kontekstində Fələstin Dövlətini tanıdıqlarını qeyd ediblər.
Aytən Yaşar
Şərhlər bağlıdır.