Güneyli mədəni fəal və Azərbaycan rəqsini təbliğ edən Peyman İbrahimi Təbriz
İstintaq İdarəsinin 15-ci bölməsinə çağırıldıqdan sonra həbs olunaraq zindana atılıb.
Azerbaycan-ruznamesi.org bu barədə “Azad İran” “Telegram” kanalına istinadla
xəbər verib.
Onun həbsi “dövlət quruluşuna qarşı təbliğat aparmaq” ittihamı ilə əsaslandırılıb.
Peyman İbrahimi 2023-cü il avqustun 27-də atasının evində saxlanılmış, iki aydan
artıq həbsdə qaldıqdan sonra zaminə buraxılmışdı.
Həmin ilin dekabrında keçirilən məhkəmə prosesində o, “dövlət quruluşuna qarşı
təbliğat” və “ölkə rəhbərini (Əli Xameneini) təhqir” ittihamları ilə ümumilikdə 22 ay 17
gün azadlıqdan məhrum edilib.
Növbəti
Şərhlər bağlıdır.