3 oktyabr 1993 – Azərbaycan dövlətçiliyinin dönüş nöqtəsi

3 oktyabr 1993-cü ildə keçirilən prezident seçkiləri Azərbaycan dövlətçiliyi tarixində dönüş nöqtəsi olmuşdur. Heydər Əliyevin hakimiyyətə qayıdışı ölkəni süqut təhlükəsindən xilas etmiş, ictimai-siyasi sabitlik təmin olunmuş, milli ordunun quruculuğu başlanmış, 1995-ci ildə qəbul olunan Konstitusiya ilə hüquqi dövlətin əsasları qoyulmuşdur. Onun həyata keçirdiyi neft strategiyası (“Əsrin müqaviləsi”), enerji və kommunikasiya layihələri, hüquqi-institusional islahatlar, milli ideologiyanın – azərbaycançılığın formalaşdırılması və balanslaşdırılmış xarici siyasət xətti Azərbaycanın müstəqilliyinin möhkəmlənməsində mühüm rol oynamışdır. İlham Əliyev bu siyasi kursu davam etdirərək ordunun gücləndirilməsinə nail olmuş və nəticədə 2020-ci ildə 44 günlük Vətən müharibəsində qazanılan tarixi Zəfər ilə Azərbaycanın ərazi bütövlüyü bərpa edilmişdir.

Heydər Əliyevin siyasi irsi qurtuluşdan başlayaraq inkişaf və zəfərə qədər uzanan dövlətçilik konsepsiyasıdır. Bu konsepsiya müstəqil Azərbaycan dövlətinin tarixi taleyini yalnız qorumaqla kifayətlənməmiş, onu güclü və nüfuzlu regional aktora çevirmişdir.

 

Şərhlər bağlıdır.