Hakimiyyətin mahiyyəti

Tehran millət vəkili M. Nəbəvian, belə deyib: – İslam yəni hakimiyyət;
hicab, namaz, oruc əsas məqsəd deyil, əsas məqsəd dini hakimiyyətin
qorunmasıdır.
Əgər hicab haqqında qanun bu hakimiyyəti zəiflədirsə, o zaman hicab kənara
qoyulmalıdır, çünki o artıq dini hakimiyyətin varlığına zərər verir.
Deməli, əgər bir “dini hakimiyyət” iddia edirsə ki, güc və legitimliyini dindən alır,
amma eyni zamanda özünü qorumaq üçün həmin dindən imtina etməyə
hazırdır, bu, artıq dərin bir ideoloji ziddiyyət deməkdir.
Bu ziddiyyət açıq şəkildə göstərir ki, Hakimiyyətin mahiyyəti dini deyil, siyasi
gücə bağlıdır və İslam sadəcə hakimiyyətin davamını əsaslandırmaq üçün
formal bir örtük rolunu oynayır.
Beləliklə, fars-molla rejiminin ideoloji mahiyyətinə baxanda, görürük ki, bu
quruluş “islam” adı daşısa da, əslində dini hakimiyyət deyil, sadəcə islam
pərdəsi altında qurulmuş siyasi sistemdir.
Ona görə də illərdir deyirik ki, fars mollalarının dini dəyərlərə münasibəti onların
həqiqi inanclarından qaynaqlanmır. Onların məqsədi dini mahiyyəti qorumaq
deyil, öz siyasi hakimiyyətlərini möhkəmləndirməkdir. Fars mollaları üçün din
sadəcə hakimiyyətlərini qorumaq və gücləndirmək üçün vasitədir. Əgər dinin
bəzi tələbləri onların siyasi gücünə təhlükə yaradırsa, dərhal ondan imtina
edirlər.
Sadiq İsabəyli

Şərhlər bağlıdır.