İrana növbəti hərbi hücum olacaqmı?

Imadəddin Baqi, “Şərq”

Bu günlərdə küçələrdə gördüyünüz, tanıdığınız hər kəsdən tutmuş dostluq
məclislərinə qədər hər yerdə bir sual verilir: İrana hücum edəcəklərmi? Bəzi
insanlar hücumu təbii qəbul edir və bunun nə vaxt olacağını soruşurlar. Mən bir
çox səbəblərə əsaslanaraq hesab edirəm ki, Amerika və Avropa sionist
lobbisinin təsiri altında hər halda tətik mexanizmini (bu mexanizm Birgə
Hərtərəfli Fəaliyyət Planı/JCPOA çərçivəsində bir mexanizm idi ki, İran öz
öhdəliklərini pozarsa, BMT Təhlükəsizlik Şurasının daimi üzvlərinə səsverməyə
ehtiyac olmadan əvvəlki Təhlükəsizlik Şurasının sanksiyalarını bərpa etməyə
imkan verirdi və nəhayət, bu mexanizm 28 sentyabr 2025-ci ildə Avropa
üçlüyünün hərəkəti ilə işə salındı və İrana qarşı sanksiya qətnamələrini bərpa
etdi – tərc.) işə salmağa və İrana qarşı təzyiqləri gücləndirməyə çalışırdılar.
Hətta İslam Respublikası özünün bütün mövcudluğu tarixində ilk dəfə son
aylarda müəyyən çeviklik nümayiş etdirdi. Amma onlar (istər İrandakı sistemə
inamsızlıqdan, istərsə də başqa səbəblərdən) bu imkanları müəyyən
bəhanələrlə rədd edərək yeni, həddindən artıq tələblər irəli sürdülər.
Bu, qəribə və ya gözlənilməz deyildi. Qəribəsi olanı hakimiyyətin belə bir
ssenari ilə üzləşməsidir. Əslində isə hərbi hücumlar, bombardmanlar, aldadıcı
danışıqlar, psixoloji müharibə və təbliğatla dəstəklənmiş bu ssenari əvvəlcədən
yazılmış və addım-addım həyata keçirilmişdir. Mən ABŞ və İsrailin hərbi
hücumundan narahat deyiləm. İranı xilas etmək üçün onlara qarşı əlimizdə olan
yeganə kart xalq və milli dəstəkdir.
… Ona görə də əsas məsələ xarici təhlükəni dəf etmək deyil, sosial kapitalı və
ictimai etimadı artırmaqla zərərsizləşdirilə bilən daxili təhlükələri dəf etməkdir.
Təəccüblü olan odur ki, ölkənin iqtisadi vəziyyətini yaxşılaşdırmaq və insanların
iqtisadi məmnunluğuna nail olmaq müəyyən xərc tələb edirsə və ya məsələn,
elektrik enerjisinin kəsilməsi probleminin həlli üçün elektrik şəbəkəsində
islahatların aparılması 20 milyard dollar investisiya tələb edirsə, sosial kapitalın
artırılması üçün lazımi tədbirlər tamamilə pulsuzdur, belə ki, social kapitalın
artırılmasına pulsuz əmək və hesaba gəlməyən maraqlar vasitəsilə nail olmaq
olar.
… Şübhə etməyin ki, idarəetmənin sosial kapitalı artarsa, risk faktoru da eyni
dərəcədə azalacaq və bunun təsirini iqtisadi bazarda, hətta valyuta və qızılda
da görəcəksiniz. Unutmayın ki, bazarın vəziyyətinə təsir edən amillərdən
bəziləri psixoloji və siyasi xüsusiyyətlərdir. Əgər iqtisadi problemlərin kəskinliyi
və dərinliyi, xarici təhdidlərin miqyası və onların texnoloji üstünlüyü nəzərə
alınmaqla İranda idarəetmə tərzi kökündən dəyişməzsə, daxili insidentlərin
xarici hücumla birlikdə baş verməsi ehtimalı yüksəkdir. Lakin bəziləri bıçaq
sümüyə dirənənə qədər həqiqətə inanmayacaqlar.
Həqiqət isə budur ki, 12 günlük müharibədən sonra xalqın hakimiyyətə
münasibətini dəyərləndirmək üçün nə məzhəbi radio-televiziyada bir dəyişiklik
oldu, nə bu illərdə təkəbbürdən başqa bir şey çıxarmayan cümə imamları
minbərlərdən uzaqlaşdırıldı, nə moizələrinin ton və üslubu dəyişdirildi, nə də
məhkəmə sistemində edamların sayı azaldı.
https://news.gooya.com/2025/09/post-102015.php
Məsud Pezeşkian: “Onların İrana hücum edəcəyinə şübhə yoxdur”
İran prezidenti Məsud Pezeşkian Nyu-Yorkda amerikalı jurnalistlər və müharibə
əleyhdarı olan fəallarla görüşündə İsrailin Amerikanın dəstəyi ilə İrana hücum
edəcəyini proqnozlaşdırıb. O deyib: “Şübhə yoxdur ki, onlar İrana hücum
edəcəklər və biz də özümüzü güclü şəkildə müdafiə edəcəyik”.
Bu görüş sentyabrın 24-də Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası ilə
eyni vaxtda olub.
Daha əvvəl Fransa prezidenti Emmanuel Makronla Təhlükəsizlik Şurasının
sanksiyalarının qaytarılmasının qarşısının alınması ilə bağlı danışan Pezeşkian
etiraf edib ki, onun səyləri nəticəsiz qalıb və avropalılar “snapback” (tətik)
mexanizmini işə salmaq qərarına gəliblər.
İslam Respublikasında güc strukturunun reallığı prezidentin xarici siyasətdə və
mühüm təhlükəsizlik qərarlarında mövqeyinin çox məhdud olduğunu göstərir.
Nüvə və xarici siyasət sahələrində əsas siyasəti Rəhbər müəyyən edir və
Prezident daha çox icraçı və sözçü rolunu oynayır.
Təqdim etdi: Səməd Bayramzadə

Şərhlər bağlıdır.