İran beynəlxalq “Şimal–Cənub” nəqliyyat dəhlizi üçün Rəşt–Astara dəmir
yolunun tikintisinə ayrılan torpaq sahəsinin bir hissəsini Rusiya tərəfinə verib.
Bu barədə məlumatı İranın yollar və şəhərsalma naziri Fərzanə Sadəq bildirib.
“Rusiya şirkətinin işlərə başlaya bilməsi üçün təxminən 34 kilometr sahə təhvil
verilib”, – nazir qeyd edib.
Onun sözlərinə görə, bu günədək Rəşt–Astara dəmir yolunun 162 kilometrlik
hissəsinin tikintisi üçün nəzərdə tutulan torpaqların təxminən yarısı alınıb.
Sadəq vurğulayıb ki, İran tərəfi bütün torpaqların alınmasını 2026-cı ilin mart
ayının üçüncü ongünlüyünədək başa çatdırmaq üçün səylər göstərir.
Azerbaycan-ruznamesi.org
Əvvəlki
Şərhlər bağlıdır.