İslahatçı yönümlü “İnsaf News” saytı “rəsmi iclasda fars dilinə laqeydlik” başlıqlı
yazısında, Şərqi Azərbaycanın valisi Bəhram Sərməstinin Urmiyə gölünün
bərpasına həsr olunmuş toplantıda Azərbaycan türkcəsində çıxış etməsini
tənqid edib. İclasda həm Şərqi, həm də Qərbi Azərbaycanın valiləri və gölün
bərpası üzrə işçi qrupun katibi iştirak ediblər.
Azerbaycan-ruznamesi.org Araz News-a istinadən bildirir ki, sayt çıxışı “azəri
dilində” adlandıraraq, rəsmiləri xalqın dili ilə deyil, farsca danışmağa çağırıb. Bu
yanaşma, mərkəzçi və islahatçı dairələrin qeyri-fars dillərə qarşı köklü ayrı
seçkilik baxışını bir daha üzə çıxarır. Belə düşüncə tərzi təkcə hökumət və
mühafizəkar çevrələrdə deyil, rejim müxalifətində də açıq şəkildə müşahidə
olunur.
On illərlə ana dilində təhsil və qeyri-fars xalqların dillərinə rəsmi status
tələblərinə baxmayaraq, hələ də bəzi mərkəzçi qüvvələr bir neçə cümlənin belə
Azərbaycan türkcəsində və ya başqa yerli dillərdə səslənməsini “təhlükə” sayır.
Bu dar və inhisarçı baxış ölkənin birliyinə deyil, əksinə, etnik və mədəni
uçurumların dərinləşməsinə səbəb olur və göstərir ki, İranın hakim və mərkəzçi
dairələri bərabər hüquqlu xalqlar anlayışını qəbul etməkdən hələ uzaqdır.
Əvvəlki
Şərhlər bağlıdır.