Urmiya gölü ətrafında xərçəng xəstəliyinin artması ilə bağlı xəbərlərdən sonra bu
dəfə İsfahan əyalətindəki Qavxuni bataqlığı ətrafında oxşar vəziyyət müşahidə
olunur.
Bu barədə “Azad İran” “Telegram” kanalı məlumat yayıb.
Qeyd olunur ki, bataqlığın olduğu bölgədə yaşayan sakinlər arasında son illərdə
leykoz (qan xərçəngi), autoimmun və digər nadir xəstəliklərin yayılması
nəzərəçarpacaq dərəcədə artıb.
Mənbələr bildirirlər ki, uzunmüddətli mədən fəaliyyəti, xüsusilə duz və kalium hasilatı
bölgədəki ekoloji vəziyyətin pisləşməsinə və xəstəliklərin artmasına səbəb olub.
Hazırda yerli sakinlər vəziyyətin araşdırılması və sağlamlıq təhlükələrinin aradan
qaldırılması məqsədilə rəsmi qurumlara ərizə ilə müraciət ediblər.
Növbəti
Şərhlər bağlıdır.