Bunu Rusiyanın Kubadakı səfiri Viktor Koronelli TASS-a açıqlamasında deyib.
“Bu il Vaşinqton BMT Baş Assambleyasının 29 oktyabrda keçiriləcək növbəti
anti-blokada qətnaməsi səsverməsi öncəsi, xüsusən Qlobal Cənub ölkələrinə
qarşı misilsiz təzyiq kampaniyası aparır”, – diplomat bildirib.
Koronelli qeyd edib ki, bu qətnamə uzun illərdir ardıcıl şəkildə əksəriyyətin
dəstəyi ilə qəbul olunur.
“Hər il yalnız iki ölkə – ABŞ və İsrail qətnamənin əleyhinə səs verir”, – o deyib.
Rusiya səfiri həmçinin Ukraynanın BMT-də blokadanın ləğvinə dair
səsvermədə bitərəf qalmasını “ayıb” adlandıraraq, kubalı həkimlərin Kiyevə
göstərdiyi yardımı xatırladıb.
Azerbaycan-ruznamesi.org
Şərhlər bağlıdır.