İran İslam Respublikasının hökumət başçısı Məsud Pezrşkian Batı
Azərbaycsna səfəri çərçivəsində Urmiyəfə çıxışı zamanı bildirib ki, “şübhə
yoxdur, benzini bahalaşdırmaq lazımdır”, amma əlavə edib ki, belə bir qərar
“elə də asan deyil ki, gecə oturum və qərar verim”.
Pezeşkian investorlar və iqtisadi fəallar qarşısında çıxışında yanacağın
qiymətinin artırılmasının zəruriliyini vurğulasa da, hökumətin “tələskən
qərarlarla xalq üçün daha böyük problemlər yaratmaq istəmədiyini” iddia edib.
Buna baxmayaraq, onun “benzinin bahalaşmasının qaçılmaz olduğu” fikrini
təkrar etməsi yaxın zamanda yeni yanacaq bahalaşması planının həyata
keçiriləcəyi ilə bağlı narahatlıqları artırıb.
Dövlət başçısı bu görüşdə yenidən “iqtisadi islahatların aparılması” vədlərini
təkrarlayaraq, hökumətin iqtisadiyyatı düzəltmək üçün addımlar atacağını
deyib. Lakin o, keçmiş illərdə də oxşar vədlərin verildiyini, amma xalq üçün heç
bir nəticə vermədiyini etiraf edib.
Pezeşkian hökumətin iqtisadi və ticarət sektorları ilə mütəmadi görüşlər
keçirdiyini bildirərək, “istehsal və ixracatın qarşısındakı maneələrin aradan
qaldırılacağına” söz verib. Lakin son aylarda iqtisadi durğunluq, işsizlik və milli
valyutanın dəyər itirməsi səbəbindən müəssisələr ağır vəziyyətə düşüb.
O, çıxışının sonunda qeyd edib: “Elə qərarlar verməyəcəyik ki, xalq üçün daha
ağır problemlər yaradaq, amma əgər nəyisə etmək lazımdırsa, təbii ki, onu
etməliyik.”
İranwire.com
			
						
Şərhlər bağlıdır.