Dekabrın 4-də Təbrizin yaxınlığında Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv
ölkələrin iştirakı ilə “Səhənd-Anti-Terrorizm-2025” adlı birgə təlim keçiriləcək.
Bu haqda ŞƏT-in Regional Terrorla Mübarizə Strukturunun İcraiyyə
Komitəsinin sədri Olarbek Şarşiyev məlumat yayıb.
“Bu təlim üçün dəvətnamələr və proqram tezliklə iştirakçılara və müşahidəçilərə
göndəriləcək”,- o bildirib.
Xəbərin yayılması Güney Azərbaycan sosial media kanallarında müzakirə
mövzusuna çevrilib.
Onlar, təlimin heç bir terror hadisələrinin qeydə alınmadığı bölgədə
keçirilməsinin anlaşılmaz olduğunu, Tehranın bununla hansısa siyasi mesajlar
verdiyini bildiriblər.
Azerbaycan-ruznamesi.org
			
						
Şərhlər bağlıdır.