Kolumbiya prezidenti Qustavo Petro ABŞ-ın Karib dənizi və Sakit Okeanlarda
narkotik daşıdığı iddia edilən qayıqlara etdiyi hücumları dayandırmaq üçün
Birləşmiş Millətlər Təşkilatına (BMT) təklif təqdim etməyə hazırlaşır.
Petro ABŞ-da yerləşən X şirkətinin sosial media platformasındakı paylaşımında
narkotiklərlə mübarizə adı altında ABŞ-ın Karib və Sakit Okeandakı
əməliyyatlarına reaksiya verib.
Prezident Petro, “Amnesty International-a görə, Karib hövzəsindəki əməliyyat
qeyri-qanunidir. Karib hövzəsi hökümətləri nə düşünür? Xalq nə düşünür?
Kolumbiya BMT-yə Karib və Sakit Okean hövzələrinə qarşı hücumların
dayandırılmasını tələb edən qətnamə təqdim etməlidir” dedi.
Azerbaycan-ruznamesi.org
Şərhlər bağlıdır.