Tel-Əvivdə Netanyahuya qarşı etirazlar

İsraildə bir qrup fəal ABŞ-ın Təl-Əvivdəki səfirliyi yaxınlığında nümayiş keçirib.
Aksiya iştirakçıları hökumətin siyasətinə, xüsusilə də Baş nazir Binyamin
Netanyahunun fəaliyyətinə qarşı narazılıqlarını ifadə ediblər.
Fəallar Netanyahunun şəklini üzərinə ingilis dilində “You’re fired” (“Sən işdən
çıxarıldın”) sözləri yazılmış plakatda əks etdiriblər. Onlar bu yolla baş nazirin
ölkəni yanlış istiqamətə apardığını və artıq istefa verməsinin vaxtının çatdığını
vurğulayıblar.
Aytən Yaşar

Şərhlər bağlıdır.