Antonio Quterreşə
Birləşmiş Millətlər Təşkilatının Baş katibi cənab
Volker Türkə
BMT İnsan Haqları üzrə Ali Komissarı cənab
Karim Khana
Beynəlxalq Cinayət Məhkəməsinin Baş prokuroru cənab
Hörmətli Cənablar,
Biz, Güney Azərbaycan Təşkilatlarının Əməkdaşlıq Şurası (GATƏŞ), İran adlanan ölkədə get-gedə artan edamlar və siyasi basqılar üzündən dərin tədirginliyimizi bildiririk.
Özəlliklə Təbrizli Türk gənc Ehsan Fəridinin edama məhkum olunması və onun kimi iki başqa gənc Türkün, eləcə də qeyri-fars millətlərdən olan fəalların yaxın zamanda edam təhlükəsi ilə üzləşməsi bizi ciddi şəkildə sarsıdır. Bu insanlar saxta ittihamlarla, gizli məhkəmələrdə, hüquqdan məhrum edilərək ölümə göndərilirlər.
Bu durum beynəlxalq hüquq və insan haqları prinsiplərinə açıq ziddir. İran BMT-nin üzvü kimi İnsan Haqları Ümumdünya Bəyannaməsi və Vətəndaş və Siyasi Hüquqlar Paktı qarşısında öhdəlik daşıyır.
Biz Tələb Edirik:
BMT İnsan Haqları Şurası təcili iclas keçirsin və müstəqil araşdırma komissiyası yaratsın.
BMT və İnsan Haqları Komissarlığı Ehsan Fəridi və digər məhkumların edamını dayandırmaq üçün təcili çağırış etsin.
Beynəlxalq Cinayət Məhkəməsi İranın anti bəşəri və qeyri-fars millətlərə olan dərin düşmənliyini insanlığa qarşı cinayət əməli kimi tanısın və bu haqda dərin araşdırmalara başlasın.
Bağımsız uluslararası nazirlərə İran zindanlarına azad giriş hüququ qazanılsın.
Bütün demokratik və hüquq dövlətləri İran rejimilə davranışlarını ”insan haqlarına əməl prinsiplərilə” uyğunlaşdırsınlar.
İranda bu edamlar və siyasi təqiblər daxili məsələ deyil – bu, insanlığa və beynəlxalq ədalətə qarşı cinayətdir. Biz dünya ictimaiyyətini və beynəlxalq qurumları dərhal müdaxilə edərək bu qırğınların qarşısını almağa və bütün siyasi məhbusların azadlığa buraxılması üçün İran terror rejiminə qarşı basqıların artırılmasını istəyirik.
Hörmətlə
Güney Azərbaycan Təşkilatlarının Əməkdaşlıq Şurası (GATƏŞ)
2025/11/06
Güney Azərbaycan Təşkilatlarının Əməkdaşlıq Şurası Üzvləri
- Azərbaycan Demokrat Firqəsi (ADF)
- Azərbaycan Mərkəz Partiyası (AMP)
- Azərbaycan Milli Dirəniş Təşkilatı (Dirəniş)
- Azərbaycan Öyrənci Hərəkatı (AZOH)
- Güney Azərbaycan Cümhuriyyət Partiyası (ACP)
- Güney Azərbaycan Demokrat Partiyası (GADP)
- Güney Azərbaycan İstiqlal Partiyası (GAİP)
- Güney Azərbaycan Milli Dövlət Alyansı (MDA)
- Güney Azərbaycan Qurtuluş Partiyası (GAQP)
Şərhlər bağlıdır.