“Yaxın vaxtlarda yağış yağmasa, Tehran ciddi su qıtlığı ilə üzləşə və təxliyə
edilə bilər”.
“Daily Itimad” xəbər verir ki, bu barədə İran Prezidenti Məsud Pezeşkian
Sənəndəc şəhərində çıxışı zamanı bildirib.
Dövlət başçısı hökumətin iqtisadi, ekoloji və sosial sahələri əhatə edən
kompleks böhranla üzləşdiyini diqqətə çatdırıb.
Dövlət başçısı ciddi quraqlığın səbəb olduğu su çatışmazlığına xüsusi
diqqət ayırıb:
“Əgər yağış yağmasa, biz artıq gələn ay Tehrana su təchizatını
məhdudlaşdırmalı olacağıq. Əgər quraqlıq davam edərsə, suyumuz tükənəcək
və biz şəhəri təxliyə etməli olacağıq”.
Pezeşkian Tehrandakı vəziyyətin narahatlıq doğurduğunu, su və enerji
ehtiyatlarının daha yaxşı idarə olunması və qorunması üçün təcili tədbirlərə
ehtiyac olduğunu vurğulayıb.
Azerbaycan-ruznamesi.org
Əvvəlki
Şərhlər bağlıdır.