İranda noyabrın 10-da başlayan “Tehran Dizayn Həftəsi” yayılan görüntülərlə
bağlı yaranan narazılıqlardan sonra dayandırılıb.
Azerbaycan-ruznamesi.org xarici KİV-ə istinadən xəbər verir. “Fars”
agentliyinin məlumatına görə, tədbirin ləğvi SEPAH-a bağlı yarıhərbi “Bəsic”
qüvvələrinin etirazından sonra rəsmiləşib.
Bəsic yayılan kadrlarda “uyğunsuz görüntülər və davranışlar”ın olduğunu iddia
edib. Agentlik videolarda “hicabsız şəxslər”in və “siyasi məzmunlu musiqi”nin
yer aldığını qeyd edib.
Festival 16 noyabra qədər davam etməli idi, lakin etirazlardan sonra tədbirin
fəaliyyəti dərhal dayandırılıb.
Şərhlər bağlıdır.