BƏYANAT
Evin zindanında Tahir Neqəvi, Vədud Əsədi və Azərbaycanlı fəallara qarşı törədilənlər, zülmün hökm sürdüyünün açıq sübutudur!
BƏYANAT
Evin zindanında Tahir Neqəvi, Vədud Əsədi və Azərbaycanlı fəallara qarşı törədilənlər, zülmün hökm sürdüyünün açıq sübutudur! Evin zindanında baş verənlər sadəcə bir hüquq pozuntusu deyil — insan dəyərinə, canına və ləyaqətinə qarşı açıq hücumdur. Biz, Azərbaycan Demokrat Firqəsi (ADF), Taher Neqəvi və Vədud Əsədinin gün-bə-gün ağırlaşan vəziyyətinə, habelə Abbas Lisani, Əli Xeyrcu, Yusif Karı və Behzad Dəştiyə qarşı törədilən zorakılıq və təhqiramiz rəftara dair yayılan məlumatları dərin hiddətlə və qətiyyətlə pisləyirik.
Aclıq aksiyası keçirən, səhhəti kritik həddə çatan iki siyasi məhbusa tibbi yardımın qəsdən göstərilməməsi — insan həyatını bilə-bilə odun içində buraxmaqdır. Bu davranış qanunun, vicdanın və insanlıq adlanan bütün dəyərlərin tapdalanmasıdır!
Azərbaycanlı fəalların döyülməsi, zərər çəkmiş bədənlərinin tibbi müayinədən gizlədilməsi, onların 209-cu bölməyə aparılması — bunlar təkcə zorakılıq deyil, sistemli şəkildə həqiqəti boğmaq cəhdidir. Bu əməllər hüquqa meydan oxumaq, məhbusun həyatını və ləyaqətini tapdalamaq deməkdir!
Taher Neqəvi və Vədud Əsədinin səhhətinə qarşı edilən hər bir səhlənkarlıq bilavasitə həyati təhlükə yaratmaq, yəni qəsdən zərər vurmaq mahiyyəti daşıyır!
ADF qətiyyətlə bildirir ki,
-
Bu insanların sağlığına dəyəcək hər bir zərərin mənəvi, hüquqi və tarixi məsuliyyəti Evin zindanının rəhbərliyi, təhlükəsizlik orqanları və aidiyyəti məhkəmə strukturlarının boynunda qalacaqdır!
-
Fəallara qarşı edilən fiziki zorakılıq və təhdidlər cinayət xarakterli, bağışlanmaz və hesab sorulacaq əməllərdir!
ADF tələb edir ki,
- Taher Neqəvi və Vudud Əsədinin gecikmədən, şərtsiz və dərhal müstəqil tibbi mərkəzlərə köçürülsün!
- Azərbaycanlı fəalların xəsarətlərinin qanuni tibbi müayinə vasitəsilə sənədləşdirilsin!
- Siyasi məhbuslara qarşı sistemli zorakılıq və işgəncəyə son qoyulsun!
- Bütün siyasi məhbuslar o cümlədən Güney Azərbaycanlı məhbus fəallar Araz Aman, Mürtəza Pərvin, Tahir Nəqəvi, Bağır Hacızadə, Əbdüləziz Əzimi-Qədim, Ayaz Seyfxah, Kərəm Mərdanə, Vədud Əsədi, Məhəmməd Rza Fəqihi və Mahmud Ocaqlı azadlığa buraxılsın!
Azərbaycan Demokrat Firqəsi
Siyasi Heyyəti
17 noyabr 2025
Şərhlər bağlıdır.