İran terror rejiminin Azərbaycan xalqına qarşı irqçi siyasəti gündən-günə artmaqdadır.
Bu irqçi siyasətə qarşı olan Güney Azərbaycan Türk aktivistləri ağır həbs, işkəncə və bəzi hallarda fiziki trrora məruz qalırlar.
Bu baskılara rəğmən Azərbaycan aktivistləri öz milli haqlarının müdafiəsində israrla dayanıb, İran irqçi terror rejiminə qarşı mübarizəyə davam etməkdədir.
Bunların iradəsini sındırmaq istəyən İran totaliter rejimi milli aktivistlərə qarşı qondarma ittihamlarla aşırı hökmlər tətbiq edərək qorxu yaradıb, Azərbaycan Milli Hərəkatını susdurmaq niyyətindədir.
Lakin bu təhdidlərin qarşısında dik duran milli fəallar aclıq aksiyası başlataraq dirənişə davam etməkdədir.
Güney Azərbaycan Təşkilatları Əməkdaşlıq Şurası (GATƏŞ) bu qəhrəman fəallardan himayəsini bildirib elan edir ki;
Bütün siyasi məhbuslar – o cümlədən bütün Türk aktivistləri – qeydsiz-şərtsiz azadlığa buraxılmalıdır.
GATƏŞ bu fealların azadlığı üçün beynəlxalq təşkilatlardan İran irqçi terror rejiminə qarşı siyasi iqtisadi basqıların artırılmasını tələb edir.
GATƏŞ Güney Azərbaycanlıları və bütün Türk millətini milli məhbuslardan müdafiə etməyə çağırır.
Milli haqqlarımız üçün öz canlarını riskə atan qəhrəman övladlarına sahib çıx, Ey Azərbaycan!
Onların azadlığı sənin iradəndən asılıdır. Xiyabanları və həbsxanaların önünü siyasi məhbuslarımzın azadlığı üçün etiraz səhnəsinə çevirək!
Güney Azərbaycan Təşkilatları Əməkdaşlıq Şurası (GATƏŞ)
1.Azərbaycan Demokrat Firqəsi – ADF
2.Azərbaycan Mərkəz Partiyası – AMP
3.Azərbaycan Milli Dirəniş Təşkilatı – Dirəniş
4.Azərbaycan Öyrənci Hərəkatı – AZOH
5.Güney Azərbaycan Cümhuriyyət Partiyası – ACP
6.Güney Azərbaycan Demokrat Partiyası – GADP
7.Güney Azərbaycan İstiqlal Partiyası – GAİP
8.Güney Azərbaycan Milli Dövlət Alyansı– MDA
9.Güney Azərbaycan Qurtuluş Partiyası – GAQP
21/noyabr/2025
Şərhlər bağlıdır.