Azərbaycanlılar İranda məhkumdurlar

Pərviz Kazimi Cross Media Təhlil Mərkəzinin analitiki, fəlsəfə doktoru

İran İslam Respublikasının İslama heç bir dəxli olmadığını keçən 45 ildə gördük. Əlbəttə ki, İslamı gözdən salmaq, hörmətsiz etmək, müsəlmanları riyakar etmək və dünya müsəlmanlarını nüfuzdan salmaq sahəsində xeyli işlər gördülər. Bəh-bəhlə qəbul etdikləri konstitusiyalarında yazdıqları da çox tez unuduldu. İranın Pəhləvi rejiminin tətbiq etdiyi millətlərə yönəlmiş repressiya siyasətini İran İslam Respublikası da davam etdirdi.

İran İslam Respublikasına irticaçı, qarətçi, təcavüzkar, istismarçı, faşıst, islam düşməni və müxtəlif xoşa gəlməyən təşbihlər dedikcə sanki, bundan “mollalar” ilham alır və daha da çox marginallaşıllar. Bu ölkə hamı ilə düşməndir. Onlara ən yaxın olan ölkə Rusiyadır ki, heç onları da dost hesab etmirlər.

Bugünlərdə sir-sifətindən hindistanlıya oxşayan, Firdosipur adlı bir jurnalist azərbaycanlı bir iş adımı və ziyalıdan müsahibə alır və onu ittiham edir ki, sən “yaxşı iranlı” deyilsən. Böyük bir sərvətini İranın iqtisadi dirçəlişinə xərcləyən bu iş adamı “Traktor” futbol komandasına dəstək olduğuna görə ittiham edilir və jurnalistin bu populizmi İran fars klan rəhbərliyinin xoşuna gəlir.

Məlumdur ki, jurnalistin dərdi bir futbol komandası deyil. 1970-ci ildə yaradılmış bu futbol komandası həmişə azərbaycanlıların sevimli komandası olub bu gün də sevilir. Jurnalistin “qarınağrısı” azərbaycanlıların “Azadlıq, ədalət və milli hökumət”, “Yaşasın Azərbaycan” şüarlarıdır ki, bütün mümkün olan fürsətlərdə insanlar dilə gətirirlər. Bu jurnalist “öz ağlı ilə” insanların ağzını yummaq istəyir və bu məqsədlə də xalqın ziyalılarına basqı yaradır.

Bu jurnalistin cavabını vermək də mümükündür, üç-beş manat “cibinə basıb” fərqli sifarişlər də etmək mümükündür, hətta yerini tapıb “qulağının dibinə” ilişdirmək də mümükündür. İranda hər şey mümkündür. Ən təhlükəlisi “qınından çıxıb qınını bəyənməyənlərdir” ki, onlarla da işimiz qalır “ağam Əbəlfəzə”.

Məlumdur ki, İran prezidenti M.Pezeşkianın millilik ifadə edən çıxışları çoxaldıqca İran fars mafiya qüvvələri daha da aktivləşəçək. İranda prezident xalqına məktəb yarada bilmir, ictimai yerlərdə ana dilində danışa bilmir, milli kimliyini ifadə edən gəncləri polis təqibindən qurtara bilmir və ən faciəlisi də odur ki, bir “Hindistan sifətli” jurnalistin də hədəfi olur və onun qarşısında da acizdir. Belə bir ölkə məgər uğur qazana bilər? Belə bir ölkəyə Amerika, İsrail lazım deyil, zatən öz xoşu ilə tənəzzülə düçardır.

Bu günlərdə Azərbaycan Demokrat Firqəsi İran İslam Respublikasında milli kimliyini azərbaycanlı olaraq göstərdiyinə görə Kərim İsmailzadə, İbrahim Rəşidi (Savalan), Yüruş Mehrəlibəyli və bir qrup başqalarının həbsdən azad edilməsi ilə əlaqədar İran hökumətinə etiraz bəyanatını elan etdi. Milli ruhlu gənclərimiz İran zindanlarında işğəncələrə məruz qalır və ailələri təzyiq altında, nigarançılıqda, inzibati təzyiqdə, qorxuda yaşayırlar.

İran İslam Respublikasında hər bir azərbaycanlı məhkum, hər bir fars isə hakimdir. Hər yerindən qalxan “qodux” ittiham edir ki, sən niyə bu mahnıya qulaq asırsan, sən niyə belə rəqs edirsən? “Dədə Qorqudun” sizə (yəni bizə) dəxli yoxdur, Nizami türk deyil, niyə “Traktora” azarkeşlik edirsən, niyə yanlış şüarlar verirsən, sizin babalarınız fars olub və nələr, nələr… Normal halda, ayağa qalxıb onun ağzından vurmaqdan başqa bir yol ğörsənmir. Bu çirkin ittihamlara, iyrənc hücumlara o qədər nifrət edirsən ki, az qalsın Xəyyamdan, Hafizdən danışanlara, fars dilində danışanlara, hətta Şəhriyarın fars dilində şerlərinə də nifrət edəsən.

Ey İranın “başbilənləri”, Azərbaycanın qəhrəman oğullarını zindanlardan açıb buraxın və onlardan üzr istəyin. Elə etməyin ki, bir gün Azərbaycanda, Türkiyədə, Pakistanda və bir çox mədəni ölkələrdə hər hansı bir “insan bəndəsi” ağzını açıb fars dilində danışmağa cəsarət etsin, ehtiyat etsin. Türkün qəzəbini qazanmağa tələsməyin.

Ey İranın “bəsici” oğlanları, qızları, fars hakimiyyətinin ömrü həmişə qısa olub. Çünki, dövlətçilik ənənələri yaratmaq əvəzinə Firdovsinin “Şahnaməsi”nə, Hafizin şerlərinə min ildir ki, şərh yazmaqla məşğuldurlar. Dünya dəyişir, yenilənir və mürəkkəbləşir, İran isə oturub düşünür ki, azərbaycanlılar niyə yanlış rəqs edir, yanlış mahnılar oxuyurlar? Niyə bunlardan soruşan yoxdur ki, “gedin, öz işinizlə məşğul olun, bir baxun, görün ki, nə gündəsiniz, axırınız nə olacaq? Artıq Firdovsi zamanı deyil, texnologiya, süni intellekt zamanıdır…”

İran tarixindən məlumdur ki, düşüncəsiz addımlar, şüursuz repressiyalar nə qədər çox olacaqsa, xalqların sizə olan nifrəti bir o qədər böyük olacaq və “türkün cəzasından” qurtara bilməyəcəksiniz.

27.11.2025

https://crossmedia.az/az/article/56573

Şərhlər bağlıdır.