Son bir ayda 286 nəfər edam edildi

Oktyabr ayında İranın müxtəlif həbsxanalarında azı 286 nəfər edam edilib.
Bu statistika göstərir ki, təkcə son ayda İranda gündə orta hesabla
təxminən 10 nəfər, hər iki saat yarımda isə bir nəfər asılıb.
Bu barədə HRANA-nın hesabatında bildirilib.
Oktyabrda 268 edam hökmü icra olunub, 9 edam hökmü çıxarılıb, 8 edam
hökmü isə təsdiqlənib.
Barəsində hökm icra edilənlərdən biri noyabrın 20-də Yəsuc şəhərində Həft-Tir
meydanında ictimai şəkildə dara çəkilib. İran Psixiatriya Həkimləri Elmi
Assosiasiyası Baş prokuror Qulamhüseyn Möhsün-Ejeiyə məktub yazaraq
ictimai edamların geniş psixoloji və sosial fəsadlarına diqqət çəkib və bu
praktikanın dərhal dayandırılmasını tələb edib.
Son aylar İranda edamların fasiləsiz artması beynəlxalq təşkilatlarda ciddi
narahatlıq yaradıb və ölkə daxili və xaricində geniş etirazlara səbəb olub.
HRAANA həmçinin əlavə edib ki, son bir ildə İranda azı 1537 nəfər edam edilib.
Mənsur Rəğbətoğlu

Şərhlər bağlıdır.