ADF MK-NIN BƏYANATI

2025.10.10

1945-ci ilin şəhrivər(sentyabr) ayı ilə azər(dekabr) ayı arasında, böyük lider
Seyid Cəfər Pışəvərinin rəhbərliyi ilə Güney Azərbaycanda xalqımızın birlik və azadlıgı
yolunda göstərdiyi tarixi hadisələrin 80 ili tamam olur. Bu səbəbdən, “Milli azadlıq
hərəkatının şərəfli 80 illiyi” münasibəti ilə, Azərbaycanın tanınmış ziyalıları, siyasi
təşkilatları Azərbaycan Demokrat Firqəsinə təbriklər ünvanlayır, xalqımızı təbrik edir
və qələbə arzularını bildirirlər.
Bu əziz günlərdə növbəti dəfə, ADF adından müxtəlif müraciətlər, saxta məktub
və təbriklər dövriyyəyə daxil olunur ki, bu ənənəvi düşmən əməlidir, xalqın şanlı
tarixinin xatirələrdə ziyanlı və qüsurlu izlər buraxmaq məqsədi daşıyır. ADF heç bir
siyasi təşkilatın 82 illiyini, 83 illiyini və ya 84 illiyini təbrik etməyib və İran
cografiyasında Yalnız Azərbaycan Demokrat Firqəsinin keçdiyi yolun “şərəfli siyasi yol”
oldugunu hesab edir.
ADF mübarizəsinin müxtəlif mərhələlərində fərqli təşkilat və firqələrlə vahid
məqsədlərə yönəlmiş birgə fəaliyyətlər qurmuş, bəyanatlar vermiş, ugurlar qazanmış
və uguesuzluqlarla da qarşılaşmışdı. 80 illik tarixi olan bir siyasi təşkilatın fəaliyyətində
bu kimi hadisələr mümkündür. Lakin heç bir zaman əsas məqsəd və məramından
kənara çıxmamış, xalqın milli hüquq və azadlıqları ADF-nin əsas siyasi xətti olmuşdur.
İrançı siyasi müzakirələrin “zibilliyində” olan bir qrup üzdən-iraq nəzəriyyəçilər
ADF-ni sovet “hakimiyyətinin məhsulu”, “sovet cəsusu”, “kommunist” olmaqda
iddiam edir. Digər bir qruplar da ADF-ni millətçilikdə, panturkizmdə, fürsətçilikdə, İranı
dagıtmaqda məhkum edirlər. Əlbətdə ki, onlar bu iddiamlarla öz mənsubiyyətlərini
ört-basdır etmək, ictimai fikri çaşdırmaq və milli birliyə ziyan vurmada çalışırlar.
Sosial şəbəkələrdə XXI əsrin texnologiyaları dövründə Marksizm-leninizm
nəzəriyyəsini təhlil edib genclərimizi çaşdırmaq istəyənlərə, “proletariatın
diktaturasından” danışıb tarixi xəyanətlərə cilid geyindirənlərə deməliyik ki,
Azərbaycan Demokrat Firqəsi böyük rəhbər Seyid Cəfər Pişəvərinin bizə miras qoydugu
milli-demokratik ideyanın bu gün də sədaqətli davamçısıdır, bu ideyanın arxasındadır
və “Azadlıq, Ədalət, Milli Hökumət” şuarını çagıranların yanındadır.
ADF keçdiyi 80 –illik şanlı tarixində müxtəlif siyasi və qrup təşkilatlardan çox
sayda xəyanətlərlə qarşəlaşıb, ideolojı təxribatlar, arxadan zərbələr görüb, ADF-nin
daxilinə nüfuz etmək və onu parçalamaq sifarişləri ilə qarşılaşıb, dini radikalizm və milli
maraqlara xəyanət təmaülləri ilə rastlaşıb, lakin milli azadlıq ideyalarından heç bir
zaman ayrılmayıb və bu gün də həmin yolda yolunu davam etdirir. ADF inanır ki, Güney
Azərbaycanda milli hüquqlarımızın bərqərar olması məhz Azərbaycan xalqının şərəfli
ogullarının və qızlarının cəsarəti və şücaəti hesabına bərqərar olacaq.
Əziz xalqımız, Azərbaycan Demokrat Firqəsinin üzvləri və tərəfdarları, 80 illik
şanlı mübarizənizin ildönümü mübarək olsun, Uca tanrı xalq və millət yolunda şəhid
olmuş övladlarımızın şəhadətini qəbul etsin, düşmənə göz dagı verən bu günki
kimliyiniz uca olsun, kəsərli olsun, 21 Azər qələbəsinin 80 illiyi, yaxında olan, istədiyimiz
və arzu etdiyimiz gələcəyimizə işıq salsın.
ADF-nin Siyasi Heyyəti

Şərhlər bağlıdır.