“Bu səhər ABŞ Venesuelaya qarşı silahlı təcavüz aktı törədib. Bu, dərin narahatlıq doğurur”
Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin ABŞ-ın Venesuelaya hücum ilə bağlı bəyanatında bildirilib.
“Bu cür hərəkətləri haqlı çıxarmaq üçün istifadə edilən bəhanələr əsassızdır. Hazırkı vəziyyətdə, hər
şeydən əvvəl, daha da gərginləşmənin qarşısını almaq və dialoq yolu ilə çıxış yolu tapmağa diqqət
yetirmək vacibdir. Biz inanırıq ki, bir-birindən şikayətləri ola biləcək bütün tərəfdaşlar problemlərin
həllini dialoq yolu ilə axtarmalıdırlar. Biz onları bu işdə dəstəkləməyə hazırıq”, deyə Rusiya XİN-nin
bəyanatında qeyd olunub.
Bəyanatda həmçinin vurğulanıb ki, Latın Amerikası 2014-cü ildə özünü elan etdiyi kimi, sülh zonası
olaraq qalmalıdır:
“Venesuelanın heç bir dağıdıcı, hərbi xarici müdaxilə olmadan öz müqəddəratını təyin etmək hüququ
təmin edilməlidir. Biz Venesuela xalqı ilə həmrəy olduğumuzu və ölkənin milli maraqlarını və
suverenliyini qorumağa yönəlmiş Bolivar rəhbərliyinin kursunu dəstəklədiyimizi bir daha təsdiqləyirik.
Biz Venesuela hakimiyyətinin və Latın Amerikası ölkələri liderlərinin BMT Təhlükəsizlik Şurasının təcili
iclasının çağırılması barədə bəyanatını dəstəkləyirik.
Rusiyanın Karakasdakı səfirliyi mövcud vəziyyəti nəzərə alaraq normal fəaliyyət göstərir və
Venesuelada yerləşən Venesuela hakimiyyəti və Rusiya vətəndaşları ilə daim əlaqə saxlayır. Hazırda
Rusiya vətəndaşlarının xəsarət alması barədə heç bir məlumat yoxdur”.
Xatırladaq ki, bu gün ABŞ Silahlı Qüvvələri Venesuela ərazisində əməliyyatlara başlayıb.
Əməliyyat çərçivəsində bir sıra hərbi və strateji obyektlərə zərbə endirilib. Bundan əlavə, ABŞ
Prezidenti Donald Tramp Maduronun həyat yoldaşı ilə birlikdə ələ keçirilərək ölkədən çıxarıldığını elan
edib.
Azerbaycan-ruznamesi.org
Əvvəlki
Növbəti
Şərhlər bağlıdır.