Stokholmda Qarabağ Məktəbində yeni tədris ilinə start verildi

Stokholm şəhərində fəaliyyət göstərən SAF Birliyinin tərkibində olan Qarabağ Həftəsonu Məktəbində yeni tədris ilinin başlanması münasibətilə təntənəli açılış mərasimi keçirilib. Tədbir xaricdə yaşayan azərbaycanlı uşaqların milli-mənəvi dəyərlərə bağlı, vətənpərvər ruhda yetişdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin Şuşa şəhərində keçirilən V Dünya Azərbaycanlılarının Qurultayında vurğuladığı kimi, Azərbaycanın hüdudlarından kənarda fəaliyyət göstərən həftəsonu məktəbləri diasporumuzun gələcəyi üçün strateji əhəmiyyətə malikdir. Bu məktəblər xaricdə yaşayan azərbaycanlı uşaqların assimilyasiyadan qorunmasında, ana dilinin, milli kimliyin, tarix və mədəni irsin yaşadılmasında əvəzsiz rol oynayır.Ana dili xalqın ruhu, millətin yaddaşıdır. Ana dilini bilən uşaq öz köklərini tanıyır, kimliyini dərk edir və Vətənlə mənəvi bağlarını möhkəmləndirir. Qarabağ Həftəsonu Məktəbi də məhz bu ali məqsədlə fəaliyyət göstərərək uşaqlara yalnız bilik deyil, həm də Azərbaycan sevgisi, milli qürur və vətənpərvərlik hissləri aşılayır.Tədbirdə çıxış edən SAF Birliyinin rəhbəri Sevda Dadaşova Qarabağ Həftəsonu Məktəbinin illik tədris proqramını təqdim edib, yeni şagirdləri və müəllimləri məktəbin fəaliyyəti ilə tanış edib. O, məktəbin Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi tərəfindən daim diqqət və qayğı ilə əhatə olunduğunu qeyd edərək, Komitənin sədri cənab Fuad Muradova və bütün komitə kollektivinə göstərilən dəstəyə görə dərin minnətdarlığını ifadə edib.Yeni tədris ilində Qarabağ Həftəsonu Məktəbində Azərbaycan dili, milli musiqi və xalq rəqsləri üzrə dərslərin keçirilməsi nəzərdə tutulur. Bu fənlər uşaqlarda milli düşüncə tərzinin formalaşmasına, mədəni irsin yaşadılmasına və Vətənə sevginin daha da möhkəmlənməsinə xidmət edir.Məktəbin dəyərli müəllimləri — Eluca Atalı, Aynur Məlikova, Emil Mahanen və Nərgiz Yusifova aylıq tədris proqramlarını təqdim edərək, dərslərin məzmunu və məqsədləri barədə valideynləri ətraflı məlumatlandırıblar. Müəllimlər qeyd ediblər ki, əsas məqsəd uşaqlarda Azərbaycan dilinə sevgi yaratmaq, onları milli dəyərlər ruhunda yetişdirmək və gələcəkdə Vətən üçün faydalı vətəndaşlar kimi formalaşdırmaqdır.Hava və yol şəraitinin çətin olmasına baxmayaraq tədbirdə iştirak edən valideynlər və şagirdlər bir daha sübut etdilər ki, Azərbaycan sevgisi məsafə tanımır. Uşaqları məktəbə gətirən əsas güc Vətənə olan bağlılıq, milli məsuliyyət və azərbaycanlı olma qürurudur. Bu mənzərə hər bir soydaşımız üçün sonsuz sevinc və qürur mənbəyi olub.Açılış mərasimində diaspora nümayəndələri Cavanşir Əmir Haşimi, Aygül Yusubova, Xədicə Əminova, Diasporla İş üzrə Skandinaviya–Stokholm əlaqələndiricisi Ayda Əmir Haşimi, həmçinin Azərbaycan Respublikasının İsveç Krallığındakı Səfirliyinin birinci katibi Əsgər Nağıyev iştirak ediblər. Qonaqlar Qarabağ Həftəsonu Məktəbinin fəaliyyətini yüksək qiymətləndirərək, kollektivə uğurlar və gələcək fəaliyyətlərində böyük nailiyyətlər arzulayıblar.Qarabağ Həftəsonu Məktəbi bu gün yalnız bir təhsil ocağı deyil, xaricdə döyünən Azərbaycan ürəyidir. Burada yetişən hər bir uşaq gələcəyin azərbaycançılıq ideologiyasının daşıyıcısı, Vətəninə bağlı, milli ruhlu bir şəxsiyyət kimi formalaşır. Bu isə dövlət-diaspora siyasətinin parlaq nəticəsi və milli birliyimizin təcəssümüdür.

Fərqtv.Az

———————————–

Stokholm, 11 yanvar, Nərgiz Cəfərli, АZƏRTAC

Stokholm şəhərində fəaliyyət göstərən SAF Birliyinin tərkibində olan Qarabağ Həftəsonu Məktəbində yeni tədris ilinin başlanması münasibətilə açılış mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbir xaricdə yaşayan azərbaycanlı uşaqların milli-mənəvi dəyərlərə bağlı, vətənpərvər ruhda yetişdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Şuşa şəhərində keçirilən V Dünya Azərbaycanlılarının Qurultayında da vurğuladığı kimi, ölkəmizin hüdudlarından kənarda fəaliyyət göstərən həftəsonu məktəbləri diasporumuzun gələcəyi üçün strateji əhəmiyyətə malikdir.

SAF Birliyinin rəhbəri Sevda Dadaşova bildirib ki, bu cür məktəblər xaricdə yaşayan azərbaycanlı uşaqların assimilyasiyadan qorunmasında, ana dilinin, milli kimliyin, tarix və mədəni irsin yaşadılmasında əvəzsiz rol oynayır.

“Ana dili xalqın ruhu, millətin yaddaşıdır. Ana dilini bilən uşaq öz köklərini tanıyır, kimliyini dərk edir və Vətənlə mənəvi bağlarını möhkəmləndirir. Qarabağ Həftəsonu Məktəbi də məhz bu ali məqsəd uğrunda fəaliyyət göstərərək uşaqlara yalnız bilik deyil, həm də Azərbaycan sevgisi, milli qürur və vətənpərvərlik hissləri aşılayır”, – deyə S. Dadaşova qeyd edib.

O, məktəbin Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi tərəfindən daim diqqət və qayğı ilə əhatə olunduğunu vurğulayaraq, komitənin sədri Fuad Muradova və bütün kollektivə dərin minnətdarlığını ifadə edib.

Çıxış zamanı Qarabağ Həftəsonu Məktəbinin illik tədris proqramı təqdim olunub, daha sonra S. Dadaşova yeni şagirdləri və müəllimləri təhsil ocağının fəaliyyəti ilə tanış edib.

Yeni tədris ilində Qarabağ Həftəsonu Məktəbində Azərbaycan dili, milli musiqi və xalq rəqsləri üzrə dərslərin keçirilməsi nəzərdə tutulur.

 

Stokholmda Qarabağ Həftəsonu Məktəbində yeni tədris ilinə start verilib – AZƏRTAC Video – Azərbaycan Dövlət İnformasiya Agentliyi

 

 

 

 

 

 

 

Şərhlər bağlıdır.