Rusiyanın xarici işlər nazirinin müavini Sergey Ryabkov TASS agentliyinə açıqlamasında Moskvanın
Venesuelanın sabiq Prezidenti Nikolas Maduronun dərhal azad olunması məsələsinə mövqeyini
bildirib
Diplomat bildirib ki, hazırda istənilən müzakirənin başlaması üçün ilk addım Maduro və həyat yoldaşı
Siliya Floresin azad edilməsidir.
Ryabkov Moskvanın Maduroya siyasi sığınacaq verib-verməyəcəyi ilə bağlı sualları cavablandırarkən
qeyd edib ki, bu məsələ yalnız o azad edildikdən sonra müzakirə mövzusu ola bilər:
“Hazırda hər şey hipotetik xarakter daşıyır. Əsas məsələ onun azadlığa buraxılmasıdır”.
Onu da deyək ki, Maduro və onun həyat yoldaşını quldur basqını nəticəsində mühafizlərini öldürərək
qaçırıblar. Hazırda o, narkoterrorizm, kokain qaçaqmalçılığı və qanunsuz silah saxlama ittihamları ilə
mühakimə olunurlar.
Vaxtı ilə Panamanın sabiq dövlət başçısı da ömrünü həmin ittihamlarla barmaqlıqlar arasında
keçirmişdi.
Azerbaycan-ruznamesi.org
Şərhlər bağlıdır.