Xameneinin bacısı oğlu onun gələcəyinə şübhə edir

Xameneinin hakimiyyətdən gedib-getməyəcəyi məsələsi çoxlu suallar və cavablar doğurur. Əksər
media vasitələri onun hakimiyyətidə qalacağını, digərləri isə, məsələnin hələ uzun müddət vaxt
aparacağını yazırlar. Onun bacısı oğlu Mahmud Muradxaninin də cavabı diqqəti çəkir. O, “Euronews”
kanalına müsahibəsində deyib ki, Xamənei “son damla qanına qədər” müqavimət göstərəcək.
Siyasi mühacir bildirib ki, İranda davam edən basqılar etirazlara son qoymayacaq. Onun fikrincə,
dayısının bir gün həbs olunaraq mühakimə ediləcəyinə ümid etsə də, Xaməneinin könüllü şəkildə
istefa verəcəyinə inanmır.
Xaməneini diktatorlarla müqayisə edən Muradxani əlavə edib ki, bu tip liderlər son ana qədər
hakimiyyətdə qalmağa çalışır və geri çəkilmirlər.
1986-cı ildən Fransada mühacirətdə yaşayan 62 yaşlı Muradxani ölkənin şimalında, Lill şəhəri
yaxınlığında fəaliyyət göstərən otolarinqoloq həkimdir. O, uzun illərdir İran rejiminin açıq müxalifi kimi
tanınır. Muradxani 22 yaşında İrandan İraq vasitəsilə qaçdığını, daha sonra Fransaya yerləşdiyini
bildirib.
Azerbaycan—ruznamesi.org

Şərhlər bağlıdır.